Fev
2022
17:42
728
67
3118
Virtual karabakh

Zakir Həsənov və Hulusi Akar görüşdülər - YENİLƏNİB + FOTO/VİDEO

1 Fev, 2022
17:42
3118

Zakir Həsənov və Hulusi Akar görüşdülər - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də qardaş ölkənin Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdən əvvəl təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov şərəf kitabını imzalayıb.

Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə görüş olub.

İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Türkiyəli nazir qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib. H.Akar qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

General-polkovnik Z.Həsənov da öz növbəsində Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın Müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi  hərbi əməkdaşlığa da müstəsna  təsirini  xüsusi vurğulayıb.

Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin  vacibliyini qeyd ediblər.

Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir.

Bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

14:12

Azərbaycan Müdafiə Naziri Zakir Həsənov Türkiyədə həmkarı Hulusi Akarla görüşüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Səhər saatlarında Ankaraya gələn Zakir Həsənov ilk növbədə “Anıtqəbir”i ziyarət edib. Ziyarət çərçivəsində Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyulub, “Misak-i Milli Kulesi”ndə Azərbaycan Müdafiə naziri “Anıtqəbir özəl dəftəri” imzalayıb.

“Atatürkün xatirəsini hər zaman qəlbimizdə anırıq. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı”, - deyə Z.Həsənov xatirə dəftərində qeyd edib.

Daha sonra Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında görüş başlayıb. Nazirlər görüşdə ikitərəfli münasibətlərlə yanaşı, həmçinin regional məsələləri də müzakirə edəcək.

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi davam edir. Nazirlərin görüşündə həmçinin Moskvada əldə olunan razılaşmaların Hulusi Akar tərəfindən azərbaycanlı həmkarına çatdırılması da gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri