29 
Yan
2015
17:37
61
16
1326
Virtual karabakh

ABŞ konqresmeni Azərbaycanın əhəmiyyətindən yazdı

29 Yan, 2015
17:37
1326

ABŞ konqresmeni Azərbaycanın əhəmiyyətindən yazdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cənub Qaz Dəhlizinin açılması üçün məhz Azərbaycan qazı nəzərdə tutulub”.

Cənub Qaz Dəhlizi Avropada və onun hüdudlarından kənarda ABŞ-ın müttəfiqi olan dövlətlərin regional enerji təhlükəsizliyinə yardım edəcək. 

Oxu.Az-ın məlumatına görə, bu barədə “The Washington Times” qəzetində ABŞ Konqresinin üzvü Maykl Terner yazıb.

Məqalədə deyilir: “Cənub Qaz Dəhlizi Avropada və Avrasiyadakı müttəfiqlərimizin regional enerji təhlükəsizliyinə yardım edəcək, eləcə də strateji tərəfdaşlarımızın möhkəmlənməsinə kömək edəcək. Bizimlə müttəfiq olan ölkələrin bir çoxu bir ölkədən və ya qeyri-sabit regionlardan qaz tədarükündən asılıdır. Müttəfiqlərimizin alternativ və etibarlı mənbələrdən enerji resursları idxalının əlçatanlığının təmin olunması regionda geosiyasi sabitliyi yüksəltməyə yardım edir”.

Müəllifin sözlərinə görə, Azərbaycan Amerikanın strateji müttəfiqləri tərəfindən həyata keçirilən terrorla mübarizədə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə təşəbbüslərlə bağlı Birləşmiş Ştatların mühüm tərəfdaşı qalmaqda davam edir.

Terner qeyd edib ki, Azərbaycan özünün nəhəng neft və qaz ehtiyatları ilə ABŞ-ın NATO üzrə strateji tərəfdaşları və digər Avropa ölkələri üçün enerji resurslarının idxalının şaxələndirilməsinin təmin olunmasında kömək göstərməkdə vacib rol oynayır.

Məqalədə deyilir ki, Cənub Qaz Dəhlizi Avropaya karbohidrogenlərin idxalı mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etməyə imkan verəcək. Cənub Qaz Dəhlizinin açılması üçün məhz Azərbaycan qazı nəzərdə tutulub.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri