Noy
2013
13:59
9
5
1792
Virtual karabakh

Den Berton: Azərbaycan ABŞ-ın həqiqi dostudur – Video

4 Noy, 2013
13:59
1792

Den Berton: Azərbaycan ABŞ-ın həqiqi dostudur – Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaşinqtondakı tədbirdə ABŞ Senatının, Ağ Ev və Dövlət Departamentinin nümayəndələri iştirak ediblər.

Oktyabrın 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan-Amerika Alyansı tərəfindən təntənəli ziyafət mərasimi təşkil olunub.

Azərbaycan-Amerika Alyansından Oxu.Az-a verilən məlumata görə, əsas məqsədi iki ölkə arasındakı sosial, iqtisadi əlaqələrin, eləcə də dostluq münasibətlərinin mühümlüyünü nəzərə çatdırmaq olan möhtəşəm tədbirdə İndiana ştatından keçmiş konqresmen, Konqresin xarici əlaqələr komitəsinin Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitəsinin sədri, hazırda ABŞ-da qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Amerika Alyansı İdarə Heyətinin sədri Den Berton çıxış edib.

Qonaqları salamlayan D.Berton Azərbaycan-Amerika Alyansının təşkil etdiyi ikinci Gala Gecədə qonaqları salamlamağından böyük şərəf hissi keçirdiyini bildirib:

“Alyansın sədri kimi mən şərəf hissi ilə bir neçə fikri sizinlə bölüşmək istəyirəm. İlk olaraq, aşağıdakı məqamlara görə Azərbaycan-Amerika Alyansına minnətdarlığımı ifadə etmək istəyirəm.

Alyans Azərbaycan mədəniyyətini Vaşinqtonda, həmçinin Amerika universitetlərində tanıtdı, Ameriak biznesi ilə əlaqə yaratdı, 11 sentyabr 2001-ci il hadisələrində qəhrəman kimi həlak olan amerikalıları daim yad etdi və bununla da, Azərbaycanın ABŞ-ın həqiqi dostu olduğunu bir daha sərgiləmiş oldu. Və əlbəttə ki, Amerika da Azərbaycanın və onun xalqının həqiqi dostudur”.

Berton həmçinin Azərbaycanla bağlı təəssüratlarını da bölüşüb:  

“Mən özüm 30 il ərzində Konqresin üzvü olmuşam və Xarici münasibətlər komissiyasının sədri olaraq, dünyanın bir çox ölkələrini ziyarət etmişəm. Və bu ölkələrdən heç bir məni Azərbaycan qədər valeh etməmişdi. Bu axşam biz birgə olaraq, bu ölkənin gözəlliyini və mədəniyyətini seyr edəcək. Arxamda gördüyünüz Flame Tower qüllələri isə bir daha göstərir ki, Azərbaycan sözün əsl mənasında Odlar Yurdudur”.

Azərbaycanın sovetlər birliyinin əsarətindən xilas olmasından qısa bir vaxtın ötməsinə baxmayaraq, ölkəmizin qədim mədəniyyət, dövlətçilik tarixinə malik olduğundan bəhs edib:

“Azərbaycanın Sovet İttifaqının əsarətindən xilas olub müstəqilliyə qovuşmasından 22 il ötsə də, bir neçə dəqiqədən sonra şahid olacağımız möcüzəvi musiqi, rəqs və artistlərin ifaları Azərbaycan mədəniyyətinin və zəngin adət-ənənələrinin minillikləri təmsil etdiyini bir daha sübut edəcək”.



www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri