25 
Apr
2015
11:24
81
63
4779
Virtual karabakh

Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirildi - YENİLƏNİB + FOTO

25 Apr, 2015
11:24
4779

Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirildi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu.

Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransanın Prezidenti Fransua Ollandın görüşü olub.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı. 

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

10:07

Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında təkbətək görüş keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, görüşdən sonra Azərbaycan və Fransanın Təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Azərbaycan-Fransız Universitetinə dair niyyət protokolu imzalanandan sonra Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa prezidenti Fransua Olland birgə nahar ediblər.

Qeyd edək ki, F.Olland Bakıya aprelin 24-də axşam gəlib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri