19 
May
2015
19:09
16
77
1285
Virtual karabakh

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

19 May, 2015
19:09
1285

Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Növbəti forum 2017-ci il ildə keçiriləcək.

Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi altında keçirilən III Dünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb.

Oxu.Az-ın məlumatına görə, iki gün davam edən forumun bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyətlərarası Forumun dünyaya nümunə, Azərbaycanın çoxəsrlik tolerant, mehriban birgə yaşama mədəniyyətinin təsdiqi, ölkənin mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsinin göstəricisi olduğunu bildirib.

Nazir növbəti forumun 2017-ci il ildə keçiriləcəyini söyləyib. Ə. Qarayev əlavə edib ki, dekabr ayında Bakıda İSESCO ölkələrinin konfransı da keçiriləcək. 

Forumun yekun tədbirində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, müzakirələrin dünyada mədəniyyətlərarası dialoqa töhfə verəcəyini vurğulayıblar. 

Qeyd edək ki, forumda 100-dən çox ölkənin nümayəndəsi, 50-dən çox ölkənin naziri, nazir müavinləri, parlament təmsilçiləri və digər rəsmilər, 10-dan çox beynəlxalq qurumun rəhbərləri iştirak edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri