23 
May
2015
12:16
101
50
2471
Virtual karabakh

Elmar Məmmədyarov Moskvaya səfər edəcək

23 May, 2015
12:16
2471

Elmar Məmmədyarov Moskvaya səfər edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mövzu Qarabağdır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 25-də Moskvaya rəsmi səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan XİN rəhbəri E.Məmmədyarov özü bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov və həmçinin Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşü planlaşdırılır.

“Cənab Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyik. Bir müddət əvvəl Rusiya XİN rəhbəri bildirmişdi ki, münaqişənin həlli vaxtı artıq çoxdan yetişib. Yəni, səfərin məqsədi bu bəyanatın arxasında nəyin dayandığını aydınlaşdırmaqdır”.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı sualı cavablandıran XİN rəhbəri bildirib ki, bir müddət əvvəl erməni tərəfi belə görüşün mayda keçirilməsinə etiraz etmişdi.

“Azərbaycanda isə tezliklə Birinci Avropa Oyunları başlayır. Və buna görə də, görüşün nə zaman baş tutacağı qeyri-müəyyən olaraq qalır”, - deyə, nazir bildirib.

E.Məmmədyarov həmçinin bildirib ki, həmsədrlər bir müddət əvvəl sentyabrda BMT Baş Assambleyasının iclası çərçivəsində İlham Əliyev və Serj Sarkisyanın görüşünü təşkil etmək barədə bəyanatla çıxış etsələr də, bu barədə hələlik heç bir qərar qəbul olunmayıb.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri