24 
May
2015
08:07
225
70
11504
Virtual karabakh

Jirinovski: İlham Əliyev ən yaxşı rəhbərdir – VİDEO

24 May, 2015
08:07
11504

Jirinovski: İlham Əliyev ən yaxşı rəhbərdir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Respublika nə istehsal edirsə, Rusiya onu satın almağa hazırdır”.

İlham Heydər oğlu Əliyev bütün keçmiş SSRİ məkanında ən yaxşı rəhbərlərdən biridir. Respublika dinamik inkişaf edir və əməkdaşlıq üçün yaxşı perspektivlər var.

Oxu.Az xəbər verir ki, bu sözləri AzərTAc-a Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski bildirib.

O qeyd edib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı olan zəngin cənub regionudur:

“Respublika nə istehsal edirsə, Rusiya onu satın almağa hazırdır”. 

Rusiya siyasətçisinin fikrincə, Bakıda xeyli sayda rus məktəbinin olması və rus dilinin sərbəst işlədilməsi çox sevindirici haldır. O, həmçinin dost ölkəyə birinci Avropa oyunlarının müvəffəqiyyətlə keçirilməsini arzulayıb. 

“Respublikanıza bundan sonra da tərəqqi, birinci Avropa Oyunlarının uğurla keçirilməsini arzulayıram. Bakı 2015-ci ilin yay Avropa Oyunlarının paytaxtı kimi bütün Avropada bir daha tanınacaq”, - deyə, o, bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri