29 
İyn
2015
17:35
176
64
3277
Virtual karabakh

İlham Əliyev: Azərbaycan bu gün zirvədədir

29 İyn, 2015
17:35
3277

İlham Əliyev: Azərbaycan bu gün zirvədədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mehriban Əliyeva oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur”.

Hər bir xırda məsələyə görə bütün işlər ən yüksək səviyyədə görülmüşdür və məhz buna görə oyunların keçirilməsində heç bir problem yaşanmadı.

Təşkilat komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın xüsusilə böyük fəaliyyətini yüksək qiymətləndirirəm və o, bu oyunların keçirilməsinə çox böyük töhfə vermişdir. Deyə bilərəm ki, oyunların bu səviyyədə keçirilməsinə öz canını qoymuşdur.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşdə bildirib.

“Mən təşkilat komitəsinin tərkibini müyyən edərkən tam əminim idim ki, bu tərkibdə komitə ən yüksək nəticə göstərə bilər, çünki burada həm təcrübə, həm peşəkarlıq vardı, və ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Ümumiyyətcə, bu, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”, - deyə, prezident qeyd edib.

İdmançıların uğurlarından danışan prezident bu oyunların bir daha ölkəmizin gücünü, potensialını göstərdiyini bildirdi.

O, I Avropa Oyunlarının cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdığını və bu oyunların xalqımızın birliyini bir daha nümayiş etdirdiyini bildirdi:

“İdmançıların qələbələri bu oyunları daha da böyük zirvəyə qaldırdı. İctimaiyyət arasında komandamızın neçənci yeri tutması ilə bağlı müxtəlif fərziyyələr var idi. Amma bəlkə heç kim inanmırdı ki, bu, ikinci yer olacaq. Bu, tarixi qələbədir, Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir.

Bu günlər ərzində hamımız yəqin ki, bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olmuşdur ki, bunu sözlə ifadə etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi – bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir. Azərbaycan bu gün müstəqil inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir.

Bizim siyasi, iqtisadi sahələrdə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Və biz haqlı olaraq bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq, cəmi 24 il ərzində Azərbaycan xalqının istedadı, zəhməti hesabına, düşünülmüş siyasət hesabına güclü dövlət qurmuşuq.

Biz gələcəkdə də uğurla inkişaf edəcəyik, Azərbaycan inkişaf yolu ilə gedəcək və gələcəkdə bizim böyük uğurlarımız və qələbələrimiz olacaq”.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri