29 
İyn
2015
17:58
274
64
8847
Virtual karabakh

Mehriban Əliyeva: Biz hər birimiz ölkəmizin əsgəriyik

29 İyn, 2015
17:58
8847

Mehriban Əliyeva: Biz hər birimiz ölkəmizin əsgəriyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir”.

Biz bir daha bütün dünyaya sübut etdik ki, heç bir qara qüvvələr bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət və birlik hər zaman zəfər çalacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları ilə əlaqədar keçirilən mükafatlandırılma mərasimində deyib. 

Mehriban Əliyeva prezident İlham Əliyevə müraciət edərək deyib: 

“Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm, deyə bilərəm ki, 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və siz bu komandanın şərəfli kapitanı idiz.

Və belə olan halda əlbəttə qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.

Cənab prezident, biz hər birimiz ölkəmizin bir əsgəriyik və gələcəkdə Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.

Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Qoy Tanrı sizi və Azərbaycanı hər zaman qorusun”, - birinci xanım deyib.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri