29 
Mar
2024
19:40
76
37
811
Virtual karabakh

Rusiya Moldova səfirliyinin işçisini “persona non grata” elan etdi

29 Mar, 2024
19:40
811

Rusiya Moldova səfirliyinin işçisini “persona non grata” elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Səfirə rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz ifadə edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Moldova diplomatik missiyasının rəhbərinə martın 19-da Moldova tərəfinin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını “persona non grata” elan etməsi, habelə Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mayın 14-17-də Kişinyovda keçiriləcək Avropa üzrə regional konfransının 34-cü sessiyasında iştirak üçün Moldovaya girişinə qadağa qoyulmasına dair əsassız qərarı ilə bağlı kəskin etiraz bildirilib”, - deyə diplomatik qurumdan məlumat verilib.

“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Rusiya tərəfi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona non grata” elan edir”, - deyə Rusiya XİN-dən qeyd edilib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri