16 
Apr
2024
14:06
258
28
1095
Virtual karabakh

Prezident İlham Əliyev: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır” - VİDEO

16 Apr, 2024
14:06
1095

Prezident İlham Əliyev: “Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb.

AZƏRTAC xəbər verir ki, hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işin aparıldığını bildirən dövlətimizin başçısı deyib:

“Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri