17 
Apr
2024
15:29
879
218
30598
Virtual karabakh

Hadı Rəcəbli dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

17 Apr, 2024
15:29
30598

Hadı Rəcəbli dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub. 

Oxu.Az xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

14:30

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə vida mərasimi başa çatıb.

Oxu.Az xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Mərhumun cənazə namazı qılınıb və vida mərasimi başa çatıb. Hadı Rəcəblinin cənazəsi dəfn üçün II Fəxri xiyabana aparılır.

 

11:10

Mərhum sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, mərhum ilə vida mərasimində ailə üzvləri, yaxınları, deputatlar iştirak edirlər.

Qeyd edək ki, Hadı Rəcəbli İkinci Fəxri xiyabanda dəfn olunacaq.

09:31

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.

Bunu Oxu.Az-a açıqlamasında mərhum deputat Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbli deyib.

O, qeyd edib ki, vida mərasimi Təzəpir məscidində saat 13:00-da olacaq.

08:58

“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib”.

Bunu “Report”a açıqlamasında mərhum deputatın qardaşı İqbal Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, Hadı Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi Təzəpir məscidində baş tutacaq.

08:50

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

08:24

Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.

APA xəbər verir ki, o bu gün 76 yaşında dünyasını dəyişib.

Hadı Rəcəbli I-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və sosial siyasət komitəsinin sədri olub.

 
Daha çox foto burada: PhotoStock.az
 
Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri