19 
Apr
2024
12:04
143
9
2037
Virtual karabakh

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - FOTO

19 Apr, 2024
12:04
2037

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkələrin suveren hüquqlarına hörmət etmədən səfirlikləri vasitəsilə casusluq və digər qanunsuzluqlara yol verən Fransa dövlət strukturları növbəti dəfə Parisin imicinə xələl gətirən beynəlxalq qalmaqalla üzləşiblər”.

Bu barədə dövri silsilə yazılarla çıxış edən “Observer Online”ın 18.04.2024-cü ildə yayımlanan “Fransaya növbəti dəfə qapını göstərdilər” başlıqlı məqaləsində qeyd edilir.

“Azərbaycanın təhlükəsizlik orqanının apardığı cinayət işi ilə əlaqədar hələ 2023-cü ilin dekabrında Fransanın səfirlikdaxili kəşfiyyatçılarını “persona non grata” elan edib Parisə yola salan Bakının təcrübəsini bir neçə dövlət xüsusi həvəslə davam etdirib. Bu sıradan Burkina-Faso 16 aprel 2024-cü il tarixli notası ilə üç fransız “diplomatı” pozucu fəaliyyətlərinə görə arzuolunmaz şəxs elan edərək ölkədən çıxarılmalarını təmin edib. Bu qədər diplomatı qovulan ikinci ölkə yoxdur və gedişat Fransanın öz rekordunu təzələyəcəyini göstərir”, - deyə məqalədə vurğulanır.

“Observer Online” eksklüziv notanı oxucuları ilə bölüşüb:

                                  

Aprelin 18-də “France 24” kanalı bildirib ki, rəsmi Paris diplomatların ölkədən qovulmasını əsassız hesab edib.

“Burkina-Faso rəsmilərinin bu qərarının heç bir hüquqi əsası yox idi, biz ancaq təəssüf hissi keçiririk”, - Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan deyib.

“Paralel olaraq, Fransanın müstəmləkə siyasətindən tarix boyu əziyyət çəkmiş Yeni Kaledoniya dövlətinin nümayəndə heyəti hazırda Azərbaycanda rəsmi qonaqdır. Dünən onlar Milli Məclisdə Əməkdaşlıq Memorandumu imzalayıblar.

“Bu sənəd Yeni Kaledoniya üçün həm də “yol xəritəsi”dir. Bu baxımdan, Azərbaycan parlamenti ilə imzaladığımız memorandumun Fransanın Yeni Kaledoniyaya qarşı aqressiv siyasətinin qarşısının alınmasına öz töhfəsini verməsini istərdik”, - Yeni Kaledoniya Konqresinin komitə sədri Omayra Naiselin 18 aprel 2024-cü ildə Azərbaycan Milli Məclisindəki çıxışında deyib.

Fransa Respublikasının xaricdəki səfirləri arasında Prezident Emmanuel Makronun ən yaxından tanımağa məcbur olduğu yeganə diplomat - ölkənin Azərbaycandakı səfiri Ann Buayon isə bu baş verənləri Parisdən izləyir”, - məqalədə deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri