19 
Apr
2024
20:08
9
112
1659
Virtual karabakh

Azərbaycan-Fransa: Proses hara gedir? - TƏHLİL

19 Apr, 2024
20:08
1659

Azərbaycan-Fransa: Proses hara gedir? - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa Cənubi Qafqazda öz məntiqinə uyğun regional konfiqurasiya qurmaq istədikcə onun Azərbaycanla münasibətləri gərginləşir.

Görünür ki, Azərbaycanda Fransanın regional münaqişənin güclənməsini istədiyinə dair kəşfiyyat məlumatları əsasında qənaətlər çoxluq təşkil edir.

Fransanın Azərbaycandakı səfiri Ann Buayonu geri çağırmasından sonra iki ölkə arasında müşahidə edilən qarşılıqlı ittiham ritorikası bu vəziyyəti yaxşı təsvir edir.

Bu tempin davam etdiyi təqdirdə Azərbaycan da Fransadakı səfirini geri çağırmaq kimi mütənasib qərar qəbul edə bilər.

Hələlik isə belə bir qərar yoxdur və mümkündür ki, Bakı bununla:

- Fransanı regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etmək fonunda diplomatik etiketlərlə dialoqa təşviq edir,

- Fransanın bu intervaldakı maraqlarının perspektivini ölçərək onun qarşısında daha uğurlu strateji müdafiə imkanları qazanmağı hədəfləyir.

Çünki Bakı ilə Parisin diplomatik-siyasi əlaqələrindəki soyuqluq öz yerini konstruktiv əməkdaşlığa versə belə, Fransanın regiondakı təmsilçilik istəyi Yelisey sarayının gündəliyində əhəmiyyətli mövzu olaraq qalacaq.

Paris açıq ya da gizli kanallarla bu gündəliyin ətrafında geosiyasi şərait yetişdirmək üçün Ermənistan üzərindən Azərbaycana qarşı oxlar tuşlamağı prioritet sayır.

Çox güman ki, Azərbaycan Fransanın geosiyasi mənzərədə hərbi mövcudluq statusu ilə regiona girmək ambisiyaları önündə planlı xətt çəkmək üçün alternativ ideyalar fikirləşir.

Burada Azərbaycana strateji müttəfiqi Türkiyə, Rusiya, hətta NATO özü də dəstək ola bilər, çünki Parisin hərəkət trayektoriyası adıçəkilən üç tərəfdən heç birinin maraqları ilə uyğunluq təşkil etmir.

Yeri gəlmişkən, Azərbaycanla Fransa arasında davam edən gərgin atmosferin müşayiətində növbəti tədris ilində Bakı Fransız Liseyinin fəaliyyətini dayandıracağı diqqət çəkir.

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunması haqqında qərarı, əsasən, maliyyə səbəblərilə əsaslandırılır.

Bildirilir ki, qərarın qəbul edilməsi:

- 10 illik fəaliyyəti ərzində BFL-in şagird sayının fəaliyyət planında nəzərdə tutulan saydan əsaslı şəkildə aşağı olması,

- Saxlanma xərcləri ilə bağlı çətinliklər, habelə fəaliyyətin iqtisadi cəhətdən səmərəli olmamasıdır.

Bununla belə, Fransa bəhanə gətirərək bunu təhsil sektorunda özünə qarşı cavab kimi qiymətləndirə, Bakı ilə gərgin münasibətlərin ruhunu təhsil, mədəniyyət sahəsindəki əlaqələrə neqativ baxışla təzələyə bilər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri