19 
Apr
2024
17:07
170
8
608
Virtual karabakh

Üzərinə həbs qoyulmuş əmlakın satılması və idarəetməyə verilməsi qaydaları hazırlanacaq

19 Apr, 2024
17:07
608

Üzərinə həbs qoyulmuş əmlakın satılması və idarəetməyə verilməsi qaydaları hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları hazırlanacaq.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri