30 
İyl
2015
11:34
64
15
4000
Virtual karabakh

Azərbaycan XİN-dən ABŞ Dövlət Departamentinə – SƏRT CAVAB

30 İyl, 2015
11:34
4000

Azərbaycan XİN-dən ABŞ Dövlət Departamentinə – SƏRT CAVAB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İkili standartların növbəti bariz nümunəsidir”.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanla əlaqədar açıqlamasını şərh edib.

Oxu.Az-ın xəbərinə görə, H.Hacıyev bildirib ki, ABŞ Dövlət Departamentinin regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsi kimi kobud insan hüquqları pozuntularını görməməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir.

"Demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Məhkəmənin qərarı olmadan hər hansı cinayət tərkibli hala münasibətdə bu cür qərəzli mülahizələr onun işinə yersiz və uğursuz müdaxilədən başqa bir şey deyil.

Qəribədir ki, Ermənistanın təcavüzü nəticəsində fundamental hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kütləvi pozulması ABŞ Dövlət Departamentinin “dərin narahatlığı” sırasında heç vaxt yer almır. 

ABŞ-ın insan hüquqları üzrə universal bəyannamədən irəli gələn və beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə məhəl qoymayaraq, bütün ölkəni bürümüş polis zorakılığı və sistematik irqi ayrı-seçkilik halları, Quantanamo həbsxanasındakı mühakiməsiz uzunmüddətli həbs və işgəncələr, ölkə daxilində və hətta ən yaxın müttəfiqlərinə qarşı qlobal səviyyədə aparılan gizli dinləmə əməliyyatları, digər ölkələrin suverenliyini pozaraq, pilotsuz uçan aparatları ilə həyata keçirilən mühakiməsiz qətllər və digər bu qəbildən olan çoxsaylı problemlərin fonunda özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi yalnız və yalnız istehza doğurur", - deyə H. Hacıyev qeyd edib.   

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Mətbuat İdarəsi Azərbaycanda sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalistlərin və fəalların həbslərindən dərin narahatlıq keçirdiyini bəyan edib, Azərbaycan hakimiyytini vətəndaşların universal hüquqlarına hörmət etməyə çağırıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri