25 
Apr
2024
13:42
166
11
872
Virtual karabakh

Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB

25 Apr, 2024
13:42
872

Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisdə Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilib.

APA-nın xəbərinə görə, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edib.

Toplantının gündəliyində xarici əlaqələr komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər məsələlərin müzakirəsi daxil olub.

Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclasında çıxışında Qazaxın uzun illərdir Ermənistanın işğalı altında olan dörd kəndinin diplomatik üsulla geri qaytarılmasını alqışlayıb və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması vacib və olduqca əhəmiyyətlidir.

Şimali Kipr Türk Cümhuriyyəti Parlamentinin Komitə sədri Yasemin Öztürk bildirib ki, bu yaxınlarda Azərbaycan parlamentində formalaşmış dostluq qrupu əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq. O, vurğulayıb ki, Şimali Kiprin müstəqillik mübarizəsi bütövlükdə Türk dünyasının mübarizəsidir.

Qazaxıstan Parlament Məclisinin Komitə sədri Aydos Sarım isə bildirib ki, son dövrlərdə irəli sürülən bütün təşəbbüslər Türk dövlətlərinin təşkilatlanmasını daha da artırmağa xidmət edir. Onun sözlərinə görə, türk dünyasında mövcud olan bu ittifaq beynəlxalq təşkilatlarda da ortaq mövqe sərgiləmək baxımından çox önəmlidir.

Qırğızıstan nümayəndə heyəti adından çıxış edən Joqorku Keneşin komitə sədri Leyla Lurova isə Qırğızıstan Prezidenti Sadır Japarovun Bakıya səfərinə toxunub. O bildirib ki, sözü gedən rəsmi ziyarət Azərbaycanla əlaqələrin yeni mərhələyə çıxarılması baxımından vacibdir.

Çıxışlarda TÜRKPA çərçivəsində tərəfdaşlıq münasibətləri də daxil olmaqla, beynəlxalq təşkilatlar çərçivəsindəki əlaqələrin genişləndirilməsinin regionda sülh və sabitliyi daha da möhkəmləndirəcəyinə inam ifadə olunub.

13:34

Bakıda səfərdə olan türk dövlətləri parlamentləri xarici əlaqələr komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər.

“Report” xəbər verir ki, onlar ermənilərin işğal dövründə bu ərazilərdə törətdikləri dağıntılara baxacaq, aparılan bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisində ilk dəfə türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclası keçirilir.

12:24

Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin birinci iclası başlayıb.

“Report” xəbər verir ki, Milli Məclisdə keçirilən toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Şimali Kipr, Özbəkistan, Macarıstan və Qırğızıstan nümayəndə heyətləri iştirak edirlər.

İclasın gündəliyinə xarici əlaqələr Komitələrinin işinin əlaqələndirilməsi, Türk Dövlətləri Təşkilatında inteqrasiya proseslərinin dərinləşdirilməsi, eləcə də digər mövzular daxildir.

Əvvəlcə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edib.

Ardınca türk dövlətlərinin parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin çıxışları, eləcə də Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erinin çıxışı planlaşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri