27 
Apr
2024
14:55
248
33
4275
Virtual karabakh

Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM

27 Apr, 2024
14:55
4275

Prezident iki nazirə yeni səlahiyyət verdi - SƏRƏNCAM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasından Rəhbər Azərbaycan Respublikasının iqtisadiyyat naziri, alternativ Rəhbər isə Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib və onlara həmin Fondda Azərbaycan Respublikasını təmsil etmək səlahiyyəti verilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifovdur.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri