Sen
2015
14:35
61
33
1805
Virtual karabakh

Novruz Məmmədov miqrasiya böhranına görə Avropanı ittiham etdi

8 Sen, 2015
14:35
1805

Novruz Məmmədov miqrasiya böhranına görə Avropanı ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi bu siyasətin III mərhələsi başlayır”.

Miqrasiya tarixinin araşdırılmasına böyük ehtiyac var. Bu hadisə müstəmləkəçiliklə birlikdə yaranıb, ondan törəmədir, onun qalığıdır. Bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, miqrasiya siyasəti I mərhələdə müstəmləkəçiliyi möhkəmləndirmək, asan həyata keçirmək, II mərhələdə müstəmləkədən azad olmuş ölkəni öz nəzarətində saxlamaq üçün istifadə edilib.

“Hər iki mərhələdə miqrasiya siyasəti müstəmləkəçi dövlətlərin xüsusi maraqlarına xidmət edib. İndi bu siyasətin III mərhələsi başlayır. Bu mərhələdə miqrasiya artıq həmin dövlətlər üçün təhlükə mənbəyi hesab edilir. Bu mərhələdə artıq miqrantlara qanundan kənarlar adı verilir”, - deyə, N.Məmmədov yazıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri