12 
Dek
2013
14:52
19
6
1854
Virtual karabakh

The Washington Times Azərbaycan haqqında silsilə məqalələr təqdim etdi

12 Dek, 2013
14:52
1854

The Washington Times Azərbaycan haqqında silsilə məqalələr təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün Azərbaycan Qafqaz regionunda təsirli liderə çevrilir”.

ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetində Azərbaycan-Amerika münasibətləri, ölkəmizin son illərdə nail olduğu uğurlar, Azərbaycanın dünya siyasətində, Cənubi Qafqaz regionunda tutduğu mövqe, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı aparıcı rol haqqında silsilə məqalələr işıq üzü görüb.

ABŞ-da fəaliyyət göstərən və Azərbaycan bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edən Azərbaycan-Amerika Alyansının uğurlu fəaliyyətinin nəticəsi olaraq ortaya çıxmış silsilə yazıların müəllifləri birmənalı olaraq, ABŞ-ın Azərbaycanla bağlı siyasətinə dəyişiklik etməsi, demokratiya yolunda inamla addımlayan ölkəmizə rəsmi Vaşinqtonun dəstəyini artırmasının əhəmiyyəti vurğulanır. 
 
Azərbaycan önəmli müttəfiqlərdən biridir və ABŞ-ın daimi dəstəyinə, diqqətinə layiqdir.

Oxu.Az xəbər verir ki, “The Washington Times”da işıq üzü görmüş, Missisipi ştatından olan senator Rocer Uikerin yazdığı “Azərbaycanın ABŞ ilə tərəfdaşlığı çətin regionda demokratiya və təhlükəsizliyə dəstək göstərir” sərlövhəli məqalə bu sözlərlə başlayır.

Rocer Uiker

Öz məqaləsində senator xatırladır ki, bu ayın sonunda Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü qismində öz missiyasını tamamlayır:

“Ölkənin Şərqi Avropa dövlətlərinin nümayəndəsi olaraq seçilməsi Azərbaycanın son iki onillikdə keçdiyi vacib transformasiyanı göstərir. Bu gün Azərbaycan Qafqaz regionunda getdikcə daha təsirli liderə çevrilir. ABŞ ilə Azərbaycan arasında qarşılıqlı maraqlar mövcuddur, buna görə də Azərbaycanın dünya miqyasında tanınması ABŞ-ın da xeyrinədir. Hər iki ölkə dünyada elə təhlükəsiz və firavan mühit bərqərar olmasına çalışır ki, orada “terrorçular əl-ayaq aça bilməsin, kütləvi qırğın silahlarından istifadə edilməsi halları azalsın”.

R.Uiker vurğulayır ki, Amerika dəfələrlə Azərbaycanın öz sözünə sadiqliyinin şahidi olub: 

“Azərbaycan 2001-ci il sentyabrın 11-də terrorçuların hücumlarından sonra terrorizmə qarşı mübarizədə və Əfqanıstanda “Sarsılmaz azadlıq” hərbi əməliyyatı zamanı ABŞ-ı dəstəkləmiş, Amerikaya təyyarələrini Azərbaycan səmasından Əfqanıstana uçuşlar həyata keçirmək hüququ vermiş və öz dəstələrini bu hərbi əməliyyatda iştirak etmək üçün Əfqanıstana göndərmişdir. Bu gün Əfqanıstanda hərbi əməliyyatlar üçün göndərilən materialların üçdə bir hissəsindən çoxu Azərbaycan ərazisindən keçir. Bundan əlavə, Amerika qoşunları Əfqanıstandan çıxarılandan sonra da Azərbaycan hökuməti Əfqanıstanın təhlükəsizlik qüvvələrini dəstəkləyəcəkdir”.

R.Uiker qeyd edib ki, Azərbaycanın dünya siyasətindəki təsirinin tanınması iki ölkənin maraqları nəzərə alındıqda, ABŞ üçün xüsusən sərfəlidir. 

“Biz İranın nüvə məsələsi və Rusiya ilə bağlı narahatlıqları bölüşürük”,- deyə yazan senator Azərbaycanı Xəzər regionunda ABŞ-ın stabil müttəfiqi adlandırıb: 

“Bir çoxları bu postsovet ölkəsində əlavə demokratik islahatların zəruriliyi fikrində həmrəydir, lakin sevindiricidir ki, Azərbaycan onilliklər boyu hökm sürmüş kommunist idarəçiliyindən iqtisadi inkişaf və azadlıq yoluna keçid edib”.   

“The Washington Times” qəzetində konqresmen Cin Qrinin “Amerikanın Azərbaycanla alyansı tərəfdaşlığa investisiyadır” sərlövhəli məqaləsi də dərc olunub.

Cin Qrin

C.Qrin də Azərbaycanı ABŞ-ın vacib tərəfdaşı kimi dəyərləndirib:

“Müsəlman əhalisi olan dünyəvi Azərbaycan radikal islam və terrorçuluq əleyhinə və azadlıq, demokratiya uğrunda mübarizənin ön xəttindədir. İslam terrorizminin yayılması Yaxın Şərq ölkələri və ABŞ üçün təhlükədir”.

C.Qrinin sözlərinə görə, Azərbaycan xüsusən 11 sentyabr hadisəsindən  sonra terrorçuluqla mübarizədə özünü əla tərəfdaş kimi göstərib.

Konqresmen yazır ki, Amerikanın Azərbaycanla münasibətləri hər iki ölkənin milli maraqlarının qorunması üçün mühüm əhəmiyyət kəsb edir. 

“Güclü təhlükəsizlik və energetika sütunları üzərində qurulmuş bu tərəfdaşlıq Azərbaycana beynəlxalq müttəfiq qismində potensialını ortaya qoymağa imkan verəcək. 

“Əhalisinin əksəriyyəti müsəlman olan, dünyəvi dövlət Azərbaycan radikal islam və terrorizmə qarşı azadlıq və demokratiya mübarizəsinin ön cəbhəsində yerləşir. İslam terrorçuluğunun yayılması Yaxın Şərq ölkələri və ABŞ üçün təhlükədir. Azərbaycan xüsusilə də 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizədə nümunəvi tərəfdaşdır. Bu hücumlarla əlaqədar Azərbaycan ABŞ və onun müttəfiqlərini dəstəkləyir, ABŞ-ın silahlı qüvvələrinə maddi-texniki dəstək göstərir.  

Müəllif yazır ki, Azərbaycan xalqı enerji ehtiyatlarının böyük həcmdə xarici investisiyalar cəlb edə biləcəyini anlayır. 

“Bizim xalqlarımız gələcəyə birlikdə baxmalıdırlar, biz etiraf etməliyik ki, Azərbaycan güclü müttəfiqdir. Bir müttəfiq kimi biz Azərbaycanla işləməli və bu ölkəyə yardımlar təqdim etmək yolu ilə onun demokratik inkişafını dəstəkləməliyik. Ümid edirəm ki, Obama administrasiyası və mənim konqresdəki həmkarlarım siyasətdəki dəyişikliklər üzərində işdə mənə dəstək olacaqlar və ABŞ bütün dünyadakı müttəfiqləri kimi, Azərbaycanı da dəstəkləyəcək. Azərbaycan-Amerika Alyansının üzvü kimi, mən Azərbaycan xalqına beynəlxalq müttəfiq qismində, xüsusilə də təhlükəsizlik, energetika və demokratiya sahəsində öz potensialını həyata keçirməkdə kömək göstərməyə hazıram”.

Qəzetdə dərc olunmuş və “Xəzərin enerji ehtiyatları Amerikanın təhlükəsizliyini təmin edir” sərlövhəli digər məqalənin müəllifi isə konqresmen Cim Braydenstayndır

Cim Braydenstayn


 

Konqresmen yazır ki, azad bazar münasibətləri, habelə texnoloji innovasiyalar sahəsində mövcud imkanlar və bu sahədə irəliləyişlər sayəsində ABŞ neft və qaz hasilatının həcminə görə Rusiyanı çoxdan geridə qoyub.

Müəllif qeyd edir ki, ABŞ kimi Azərbaycan da gələcəkdə enerji təhlükəsizliyini təmin etmək üçün müstəqil addımlar atmışdır. Azərbaycan Qərb şirkətlərini Xəzər dənizindəki enerji ehtiyatlarının hasilatı və satışı üzrə layihələrin həyata keçirilməsinə cəlb etmiş, azad bazarın və xüsusi kapitalın imkanlarından istifadə etmişdir.

“Bu ağlabatan qərar bizim avropalı müttəfiqlərimizin və dostlarımızın enerji təhlükəsizliyini təmin edəcəkdir”.

“Oklahoma” ştatından olan qanunverici öz məqaləsində Konqresə müraciətlə “Azadlığın dəstəklənməsi Aktı”na bədnam 907-ci düzəlişi ləğv etməyə çağırır və bildirir ki, həmin düzəliş Azərbaycan ilə əməkdaşlığa lüzumsuz əngəl törədir. 

Azərbaycanı “Enerji lokomotivi” adlandıran müəllif yazır ki, ABŞ Energetika Nazirliyinin məlumatına görə, hazırda Azərbaycan öz neft ehtiyatlarının həcminə görə dünyada 21-ci və təbii qaz ehtiyatlarına görə 26-cı yeri tutur. Dövlət mənbələrindən alınan məlumata görə, 2000-ci ildən bəri ölkədə neft hasilatı üç dəfə artaraq təxminən gündə bir milyon barelə çatmış, Şahdəniz yatağında qaz hasilatının həcmi isə bu yatağın hələ tam işlənmədiyinə baxmayaraq keçən il 580 milyard kubmetrə çatıb. 

ABŞ Energetika Nazirliyinin məlumatında göstərilir ki, Azərbaycanda qaz ehtiyatlarının həcmi 30 trilyon kubmetrə bərabərdir. Konqresmen həmin məlumatlara istinad edərək yazır ki, Azərbaycan gələcəkdə ABŞ-ın avropalı müttəfiqlərinin enerji təhlükəsizliyini təmin edə biləcəkdir.

Cim Braydenstaynın məqaləsində daha sonra qeyd edilir ki, İsrailə idxal edilən neftin 40 faizini Azərbaycan göndərir, Cənubi Qafqaz qaz kəməri isə Türkiyə iqtisadiyyatının inkişafına şərait yaratmışdır. Cənub qaz dəhlizi layihəsi Xəzərdən çıxarılan təbii qazın Avropaya nəqlini təmin edəcəkdir. Qanunverici öz məqaləsinin sonunda ABŞ Administrasiyasına müraciətlə Azərbaycanda energetika sahəsinin inkişafına lazımınca diqqət yetirməyə və bu sahəni dəstəkləməyə çağırır.

“The Washington Times” qəzetində Azərbaycan haqqında işıq üzü görmüş və “Azərbaycan demokratiyanın inşaat bloklarını toplayır” adlı digər məqalənin müəllifi ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovdur

Elin Süleymanov

Elin Süleymanov yazır ki, Azərbaycan və ABŞ terrorizmlə mübarizədən başlamış beynəlxalq əməkdaşlığadək dünyada ən çətin problemlərin həllində tərəfdaşdırlar. 

“Əfqanıstandakı beynəlxalq təhlükəsizliyə dəstək qüvvələri üçün göndərilən yüklərin 40 faizi Azərbaycandan keçir. Bizim xalqlarımız həmçinin Xəzərin təbii qazının strateji cənub qaz dəhlizi, o cümlədən bir müddət əvvəl təqdim olunmuş “Trans-Adriatik” boru kəməri vasitəsilə Avropa bazarlarına çatdırılması yolu ilə Avropanın enerji təhlükəsizliyinə dəstək göstərir. Qeyd etmək vacibdir ki, Azərbaycan öz müsəlman irsi ilə fəxr edir və eyni zamanda mədəniyyətlərarası dialoqun mühüm tərəfdaşı olaraq, İsrailin yaxın dostudur”. 

Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan səfir yazır ki, beynəlxalq müşahidəçilərin əksəriyyəti, o cümlədən Avropa İttifaqı, Avropa Şurasının müşahidəçiləri, Avropada “Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı”nın (ATƏT) müşahidə missiyası seçkiləri irəliyə doğru addım kimi qiymətləndiriblər.

“Onlar yaxşı təşkil olunmuş seçki prosesini qeyd ediblər.  

Demokratiya plüralizm, tolerantlıq, gender bərabərliyi və iqtisadi imkanları özündə birləşdirən fundamental inşaat bloklarından ibarətdir. Azərbaycan xalqı 1918-ci ildə dünyada ilk dəfə olaraq əhalisinin əksəriyyəti müsəlman olan demokratik respublika quraraq, ABŞ-dan da əvvəl qadınlara seçki hüququ verərək, bu bünövrə daşlarını müəyyənləşdirib.  Bu gün biz ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlığı möhkəmləndirməliyik”.

Qəzetdə işıq üzü görmüş və “Azərbaycan və Amerika arasında möhkəm tərəfdaşlığa” dəstək sərlövhəli məqalənin müəllifi, “İndiana” ştatından keçmiş konqresmen, Konqresin xarici əlaqələr komitəsinin Avropa və Asiya məsələləri və baş verən təhdidlər üzrə alt komitəsinin sədri, hazırda ABŞ-da qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərən “Azərbaycan Amerika Alyansı” İdarə Heyətinin sədri Den Berton yazır ki, Azərbaycan, onun xalqı, onun Amerika və bütün dünya üçün əhəmiyyəti barədə fikirlərini paylaşmaqdan qürur duyur.

Den Berton

“Şübhəsiz, Azərbaycan mədəniyyəti dünyada ən müxtəlif olanlardandır. Azərbaycanın 9 milyonluq əhalisi Avropa və islam irsinin, həmçinin Qərbin sonrakı təsirinin aspektlərini özündə birləşdirir. Məhz bu müxtəliflik, həmçinin minillik tarix Azərbaycanın digərlərini geridə qoyduğu başlanğıclara öz töhfəsini verir – onun memarlığı, onun ənənəvi və müasir musiqi və rəqsləri, onun mükəmməl mətbəxi və unudulmaz qonaqpərvərliyi”.

“Azərbaycan geosiyasi baxımdan mühüm regionda yerləşir, cənubda İranla, şimalda isə Rusiya ilə həmsərhəd olaraq, bu burulğanlı regionda sabit, qərbyönümlü millət qismində çıxış edir”, - deyə müəllif vurğulayır.

Den Berton Azərbaycanın terrorla mübarizədə ABŞ-ın yanında olmasını qeyd edir:

“Azərbaycan İraq və Əfqanıstandakı səylərimizə hərbi dəstəyi təmin etmək istəyini irəli sürən ilk ölkələrdən olub. ABŞ-ın Azərbaycanla diplomatik əlaqələrini möhkəmləndirməsi çox vacibdir.  

“Azərbaycan-Amerika Alyansı”nın fəaliyyəti Azərbaycan və Amerika xalqları arasında qarşılıqlı anlaşma və hörmətin möhkəmlənməsinə həsr olunub. Azərbaycan Amerikanın həqiqi dostu və müttəfiqidir. Və Amerika Azərbaycan, onun xalqı üçün əsl dost olmalıdır”.

Qəzetdə dərc olunmuş və “Azərbaycanı Rusiyadan daha yüksək standarta aid etmək ədalətsizdir” başlıqlı digər məqalənin müəllifi isə keçmiş konqresmen, hazırda Nyu-Yorkda “Herrick Feinstein LLP” hüquq firmasının dövlət münasibətləri bölməsi üzrə tərəfdaşı Maykl E.Mahhondur.

Maykl E.Mahhon

Müəllif vurğulayır ki, ötən il Rusiya ilə daimi normal ticarət əlaqələri barədə qanunun imzalanması Obamanın ilk prezidentliyi dövründə atılmış ən mühüm diplomatik addımlardan biridir:  

“ABŞ və Rusiya arasında normal ticarət münasibətləri Amerika şirkətləri üçün geniş biznes imkanları, rusiyalı tərəfdaşlar üçün şəffaflıq gətirəcək. Bu, hər iki tərəf üçün uduşsuz variantdır. 

“Buna baxmayaraq, ABŞ-ın xarici siyasət doktrinası keçmiş sovet bloku ölkələrindən biri – Azərbaycana münasibətdə özünü doğrultmur, 21 ildir ki, köhnəlib və Birləşmiş Ştatlarla Azərbaycan arasında dərin ikitərəfli əməkdaşlığı əks etdirmir.  

Keçmiş SSRİ ölkələrinin dağılmasından sonra Konqress xarici siyasət dairələrinə reaksiya göstərərək, Azadlığa dəstək haqqında 907-ci akta düzəliş etdi və ABŞ-ın Azərbacyana birbaşa yardımını məhdudlaşdırdı. 9/11 hadisələrindən sonra Azərbaycanın tərəfdaşlığa hazır, ABŞ təyyarələrinin ölkə səmasından uçuşlarına razılıq verən və Əfqanıstandakı qoşunlara maddi-texniki və strateji dəstək göstərən bir dövlət olduğunu nəzərə alaraq, Konqres 2001-ci ildə prezidentə 907-ci düzəlişdən imtina etməyə imkan verdi. Prezidentlər Corc Buş və Obama bundan müdrikcəsinə istifadə edərək, ölkələrimiz arasında daha güclü ittifaq qurdular. 

Bəziləri etiraz edə bilərlər ki, 907-ci düzəlişi tam ləğv etmək düzgün deyil. Lakin bir müddət əvvəl ABŞ və Rusiya arasında qurulan ticarət əlaqələri uyğunsuzluq nöqtəsini artırır. Necə olur ki, bizim Rusiya ilə normal ticarət münasibətlərimiz var, Azərbaycan isə hər il nəzərdən keçirilməli olan məhdudiyyət predmetidir?”. 

“The Washington Times”da dərc olunmuş və “Uğura necə çatmaq üzrə Azərbaycan nümunəsi” sərlövhəli digər məqalənin müəllifi, senator, “Caspian Group Holdings”in rəhbəri Rob Sübhani isə yazır ki, 2003-cü ildə Azərbaycan prezidenti seçilən İlham Əliyev öz ölkəsinin geniş enerji resurslarından istifadə edərək, mərkəzləşmiş plan iqtisadiyyatından azad və çiçəklənən bazar iqtisadiyyatına keçidi təmin edib.

Rob Sübhani

“Cənab Əliyev başa düşür ki, biz, 21-ci əsrdə yaşayırıq və öz ölkəsinin sərvətlərini gələcəyə investisiya edir. Bir müddət əvvəl “Azerspace I” peykinin buraxılması onun uzaqgörən siyasətinə bariz nümunədir. O başa düşür ki, peyk sənayesinin köməyi ilə ölkəsinin intellektual potensialını yüksəldəcək və daimi araşdırmalar, təhsil vasitəsilə Azərbaycana bilik axınını təmin edəcək. Təəccüblü deyil ki, 2013-cü il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları ili elan olunub”.  

Müəllif yazır ki, Azərbaycanın Böyük Yaxın Şərqdə etibarlı və məsuliyyətli müttəfiq rolunun və onun strateji mövqeyinin tanınması kimi Vaşinqton bu münasibətlərin daha da inkişafı və genişlənməsi üçün mühüm addımlar atmalı, o cümlədən də Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha çox səy göstərməlidir.  

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri