Okt
2018
16:36
25
83
6078
Virtual karabakh

“Bakcell” daha bir iri karyera sərgisində iş müsahibələri keçirib - FOTO

8 Okt, 2018
16:36
6078

“Bakcell” daha bir iri karyera sərgisində iş müsahibələri keçirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” oktyabrın 5-də “Geniş imkanlara kiçik addımlarla” devizi altında Baku City Circuit (BCC) Akademiyası və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) birgə təşkil etdiyi karyera sərgisində aktiv iştirak edib. 

BCC Akademiyasında keçirilən tədbirdə 40-a yaxın aparıcı şirkət gənc mütəxəssislərə karyera imkanları və təcrübə proqramları barədə məlumat təqdim edib. 

Tədbir zamanı iştirakçılara “Bakcell” şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə geniş məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.

Tədbirdə quraşdırılmış “Bakcell” stendi, hər zaman olduğu kimi, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Ümumiyyətlə, sərgidə “Formula-1” Azərbaycan Qran-Prisi və digər mühüm tədbirlərdə iştirak etmiş könüllülər daxil olmaqla, 900-dən çox tələbə iştirak edib. 

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir.

Təkcə cari il ərzində şirkət bir sıra iri karyera sərgisində iştirakla yanaşı, özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib. 

“Bakcell” şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə, Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam etdirəcək.

***
“Bakcell”
haqqında 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla, ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 

Yeddi mindən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. 

Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri