18 
Okt
2018
13:44
29
66
3608
Virtual karabakh

Mastercard “Bank Silk Way”i mükafatlandırdı

18 Okt, 2018
13:44
3608

Mastercard “Bank Silk Way”i mükafatlandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 16-da “Four Seasons” hotelində “Mastercard” beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırma mərasimi keçirilib. 

“Bank Silk Way” 2018-ci ilin nəticələrinə görə “Mastercard World Black Edition” məhsulunu ən çox emissiya edən Bank nominasiyasında qalib gələrək xüsusi diplomla təltif edilib. Qeyd etmək istərdik ki, bankımız çox qısa bir zamanda bu yüksək göstəricilərə nail olmağa bacarmışdır. 

Bu mükafatın qazanılmasında bizimlə olan hər bir müştərimizə təşəkkürümüzü bildiririk!
 
Xatırlatmaq istərdik ki, 18.05.2018-ci il tarixində “Bank Silk Way” “AZAL” aviaşirkəti və “Mastercard” beynəlxalq ödəniş sistemi ilə birgə Mastercard Black Edition Miles kobrend premium kartını buraxıb.

Bu kart bankın hesab etibarilə “7-ci Miles” kartıdır. “Mastercard Black Edition Miles” kartını səciyyələndirən cəhətlər parlaq dizayn, yüksək mil hesablanması, yenilikçi həllər dünyanın istənilən şəhərində mövcud xüsusi imtiyazlar kompleksidir.

Bu kart ən yüksək səviyyədə rahatlığı və çoxlu səyahəti sevən insanlara ideal şəkildə uyğundur. Kartlar 2 və 3 il müddətinə buraxılır. Müştərinin seçimindən asılı olaraq kart manat, ABŞ dolları və ya avro ilə verilə bilər.

“Mastercard World Black Edition” kartını bu linkdən onlayn sifariş vermək mümkündür: bit.ly/2PIN8ND

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri