24 
Okt
2018
17:46
46
86
14385
Virtual karabakh

“Bakcell” dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib - FOTO

24 Okt, 2018
17:46
14385

“Bakcell” dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransında dünyada ilk dəfə olaraq mobil rezidentlik təqdim edib. Ölkə adından təqdim edilmiş ilk rezidentlik rəsmi olaraq İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycriyə verilib. 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fərmanına əsasən, ölkəmizin bütün dünya üzrə diplomatik nümayəndəlikləri və konsulluqları Azərbaycanda biznes qurmaq arzusunda olan və ya ölkəyə investisiya yatırmaq istəyən bütün xarici vətəndaşlara “Asan imza” mobil elektron imzanın elektron sertifikatlarını təqdim etmə səlahiyyətlərinə malikdir.

“Bakcell” ölkədə innovasiya də rəqəmsallaşmanın tətbiq edilməsinə yönəlmiş bütün dövlət təşəbbüslərinə dəstək göstərməyə hazırdır. Artıq ikinci ildir ki, şirkətimiz Rəqəmsal Ticarət Qovşağının konfransına dəstək göstərir və biz İSESCO-nun baş direktoru cənab Əbdüləziz bin Osman Əl-Tuveycriyə ilk mobil rezidentliyi təqdim etməkdən qürur duyuruq”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib. 

“Bakcell” şirkətinin sponsorluğu ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İslam, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) tərəfindən keçirilən “Rəqəmsal Ticarət Qovşağının beynəlxalq konfransı” innovasiya sahəsində ən nüfuzlu tədbirlərdəndir.

Konfransda ABŞ, Tailand, Böyük Britaniya, Estoniya, Türkiyə və Mərakeş daxil olmaqla 20-dən artıq ölkədən 200-ə yaxın nümayəndə ilə yanaşı yüksək vəzifəli dövlət məmurları, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar və dünyanın aparıcı ticarət platformalarının nümayəndələri iştirak edib. 

Bu il Rəqəmsal Ticarət Qovşağının əsas mövzusu elektron və mobil rezidentlik proqramının Azərbaycanda və bütün dünyada təqdim edilməsi olub. İştirakçılar elektron və mobil rezidentliyin sahibkarlar üçün güclü bir alətə çevrilməsini müzakirə ediblər. Tədbirdə həmçinin elektron xidmətlərin ölkələrarası mübadilələrə təsiri və innovativ inkişafın digər aktual mövzuları müzakirə olunub.

Həmçinin bildirilib ki, yeni yaradılan www.EnterpriseAzerbaijan.com portalı birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə yaradılan əlverişli platformadır.

“Bakcell” şirkəti müxtəlif layihələrə dəstək göstərməklə və özünün AppLab inkubasiya mərkəzi vasitəsilə ölkədə innovasiya, rəqəmsallaşma, İT sahəsində startaplar və ümumi startap mühitinin inkişafına böyük töhfə verməkdədir. 

Bakcell haqqında 

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 

7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. 

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri