Noy
2018
11:26
16
35
5726
Virtual karabakh

Proqramçıların sevimli müsabiqəsi başlayır

8 Noy, 2018
11:26
5726

Proqramçıların sevimli müsabiqəsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnformasiya texnologiyaları sahəsində kreativ fikirləriniz, maraqlı ideyalarınız varsa, bu yarışma sizin üçündür! “Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və “PAŞA Bank”ın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi “Barama FinTech Hackathon” yarışmasına start verilir.

“Hackathon FinTech” maliyyə məhsullarını inkişaf etdirmək və yeni texnologiyaları kəşf etmək üçün proqramçıları və dizaynerləri bir araya gətirir. Müsabiqə risklərin idarə edilməsi, ticarət, investisiya, şəxsi maliyyələr, “big data”, pərakəndə bankçılıq, tənzimləmə uyğunluğu, mobil ödənişlər və sosial sahədəki yenilikləri əhatə edir. Artıq ölkəmizdə altıncı dəfə təşkil olunan “Barama Hackathon” müsabiqəsində iştirakçılar 36 saat ərzində proqramlaşdırmaq, öz ideyalarını həyata keçirmək və məhsullarını münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcəklər.

Müxtəlif təcrübə və bacarıqlara malik 50 iştirakçı 24-25 noyabr 2018-ci il tarixdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində 3 nəfərdən ibarət komandalar şəklində bir araya gələrək müxtəlif sahələrdə mövcud problemlərlə bağlı həllər hazırlayacaqlar. 15 yaşdan yuxarı və texniki biliklərə malik olan hər kəs 21.11.2018-ci il tarixinə qədər http://hackathon.barama.az/ saytında qeydiyyatdan keçib, yarışmada iştirak edə bilər. Müraciət edən şəxslərə elektron poçt vasitəsilə təsdiq məktubu göndəriləcək, iştirakçılar müsabiqəyə qoşulmaq üçün məktuba cavab olaraq öz iştiraklarını təsdiq etməlidirlər.

Qeyd edək ki, müsabiqənin media dəstəyi Technote Media-ya məxsusdur.

Gənclərin öz innovativ fikirlərini həyata keçirməsinə və biznes qurmasına imkan yaradan “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 9 ildir ki, uğurla fəaliyyət göstərir. Mərkəzin ölkəmizdə təşkil etdiyi yerli və beynəlxalq layihələr sahibkarlığa dəstək vermək, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və yaranmaqda olan şirkətlərə kömək məqsədi daşıyır.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir.

Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri