15 
Noy
2018
13:00
42
74
4323
Virtual karabakh

“Moon Blue Jazz Club” fəaliyyətə başlayıb

15 Noy, 2018
13:00
4323

“Moon Blue Jazz Club” fəaliyyətə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu günlərdə İçərişəhərdə “Moon Blue Jazz Club” öz fəaliyyətinə başlayıb. Öz komfortlu loft stili, ecazkar cazı və əsrarəngiz mətbəxi ilə caz-klub qədim İçərişəhərin tam qəlbində yerləşir.

“Moon Blue Jazz Club”ın loqotipi və adı bir-birini vəhdət içərisində tamamlayır: hər şey bitməyib, hələ də ümid var. Təəssüf ki, doğma Bakımız öz caz tarixini unutmaq istəyir, amma bu, o demək deyil ki, belə də olacaq.

Biz İçərişəhərdə Bakımızın keçmiş caz ruhunu geri gətirəcəyik. Bu məkan cazz dəst-xətti özündə qoruyur və müasir incəliklərlə bütövləşdirərək öz dünyasını yaradır və bütün stereotipləri qırır. Caz-klubda cazın bütün növləri ilə yanaşı, etno caz da əsrarəngiz şəkildə bütün şəhərin küçələrində yayılır.

Elə söz gedən musiqi janrlarının professional ifaçıları da caz-klubun daimi qonaqlarıdır. Ruhunuzu oxşayıq caz musiqisi və rahat atmosferlə yanaşı, burada alkoqollu və alkoqolsuz xüsusi içkilərin geniş seçimini tapa bilərsiniz. Özünə xas mətbəxin dad çalarları heç kimi təamlardan müsbət təəssüratsız qoymur.

Bütün bu sözü gedən əsrarəngiz dəsti xətti olan caz musiqisi, əvəssiz təamlar və istər alkoqollu, istərsə də alkoqolsuz olan içkilərlə dolu menyu öz xüsusi atmosferi ilə caz-klubumuz sizi hər gün cazz sədaları ilə gəncləşən qədim İçərişəhərdə gözləyir. 

Beləliklə, şəhərin gözlədiyi artıq çatdı. İçərişəhər... Səslənir Jazz...

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri