20 
Noy
2018
16:10
58
28
5114
Virtual karabakh

Tələbələr beynəlxalq “Seeds for the Future” proqramı çərçivəsində Çinə gedirlər

20 Noy, 2018
16:10
5114

Tələbələr beynəlxalq “Seeds for the Future” proqramı çərçivəsində Çinə gedirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın ali məktəblərinin tələbələri beynəlxalq “Seeds for the Future” proqramı çərçivəsində Çinə gedirlər.

Azərbaycan ali məktəblərində təhsil alan on tələbə dekabrın 1-də üçüncü “Seeds for the Future” proqramı çərçivəsində Çinə iki həftəlik səfərə getmək imkanı əldə edib. Bu proqram Azərbaycanda “Huawei” şirkəti tərəfindən həyata keçirilən “Gözəl Azərbaycan” sosial layihəsi çərçivəsində həyata keçirilir. Səyahət imkanı qazanan 10 şanslı tələbənin adı çərşənbə günü Bakıda ADA Universitetində final seçimində açıqlanıb.

“Huawei” şirkəti Azərbaycanda gələcək naminə işini davam etdirməyə çox məmnundur. Biz əminik ki, bu tələbələrin əldə edəcəkləri biliklər faydalı istifadə olunacaq, “Seeds for the Future” proqramı isə Azərbaycan və Çin arasında əlaqələri gücləndirəcək”, - deyə “Huawei” şirkətinin müştərilərlə iş üzrə meneceri Zonq Jinq bildirib.

“Seeds for the Future” – “Huawei” şirkətinin 2008-ci ildə əsasını qoyduğu qlobal proqramdır, bu proqram çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn tələbələr şirkətin baş qərargahında olur, qabaqcıl texnologiyalarla tanış olmaq, aparıcı İKT korporasiyalarının avadanlıq və innovasiya laboratoriyalarında ən müasir avadanlıqlarla işləmək imkanı əldə edirlər.

Bu nümayəndələr dünyanın 200-dən çox ali məktəblərində texniki ixtixsaslarda təhsil alan və telekommunikasiyalarla maraqlanan ən yaxşı tələbələr arasından seçilir.

“Seeds for the Future” proqramı Çində “Huawei” şirkətinin baş qərargahında iki həftəlik təlim nəzərdə tutur. Təlimlərin proqramına Şençjendə informasiya və kommunikasiya texnologiyaları sahəsində nəzəri və praktiki məşğələlərin aparılması, Pekində Çin dilinin və mədəniyyətinin öyrənilməsi daxil edilib.

Tədris kursu imtahanın verilməsi ilə başa çatacaq. İmtahandan sonra təntənəli mərasimlə sertifikatlar təqdim olunacaq. Nəzərdə tutulan bütün bu tədbirin keçirilməsi üçün bütün xərclər “Huawei” şirkəti tərəfindən ödəniləcək.

Azərbaycanda “Seeds for the Future” təşəbbüsü 2016-cı ildən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. 2016-cı ildə baş tutan ilk təlimlərdə  Naxçıvan Muxtar Respublikasından altı tələbə Çinə getmək imkanı əldə etmişdi. 2017-ci ildə isə şanslı tələbələrin sayı 10-a çatmışdı.

“Huawei” əldə olunmuş nailiyyətlərlə yetinmək istəmir və Azərbaycanda təşəbbüslərini davam etdirmək niyyətindədir.

Mənzil qərargahı Şençjen şəhərində olan Çinin “Huawei” şirkəti dünyada telekommunikasiyalar sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biri olub, ünsiyyət vasitəsi ilə insanların həyatını daha gözəl etməyi qarşısına məqsəd qoyub.

Müştərilərin və inkişaf etmiş tərəfdaşlıq şəbəkəsi tələbatı əsasında hazırlanmış innovasiya layihələri sayəsində telekommunikasiya şəbəkələrinin işlənib hazırlanmasında böyük nailiyyətlər əldə olunub. Planeti əhalisinin üçdə biri, dünyanın 170 ölkəsində şirkətin məhsul və xidmətlərindən istifadə edir.

“Huawei” 15 ildir, Azərbaycanda təmsil olunur. Ölkəmizdə fəaliyyət göstərdiyi dövrdə şirkət 2000-ə qədər insanı işə cəlb edib. Biznesin sosial məsuliyyətini dərk edərək şirkət ölkənin sosial həyatında iştirak edir. Belə ki, şirkət “Gözəl Azərbaycan” sosial layihəsini həyata keçirir. Bu layihə dörd komponentdən ibarətdir - “Gözəl ağıllar”, “Gözəl mədəniyyət”, “Gözəl insanlar” və “Gözəl təbiət”. Bu layihə Azərbaycanın dünyada daha çox tanıdılması məqsədini daşıyır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri