11 
Dek
2018
15:41
169
52
2340
Virtual karabakh

Heydər Əliyev Aeroportu dörd milyon sərnişinə xidmət göstərib

11 Dek, 2018
15:41
2340

Heydər Əliyev Aeroportu dörd milyon sərnişinə xidmət göstərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin 11 ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 4,1 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin analoji göstəricisindən 9 faiz çoxdur.

Bu barədə Oxu.Az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1 milyon 756 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 411 min sərnişin düşüb.

İlin əvvəlindən etibarən 3,54 milyon sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 34 faizi AZAL-ın, 11,6 faizi  isə “Buta Airways”in payına düşüb.      

Noyabr ayında beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı, “FlyDubai”, “Turkish Airlines”, “Air Arabia”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Qatar Airways”, “Utair”, “SCAT”, “Lufthansa” və “S7 Airlines” daxil olub. Onlar ümumilikdə 118 min sərnişinə xidmət göstərib. 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox  aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran , Bağdad, Tbilisi, Doha və Tel-Əviv daxildir. Bu istiqamətlərə 196 min sərnişin uçub. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

2018-ci ilin may ayında Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax"-ın ən yüksək 5 ulduzuna layiq görülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri