24 
Yan
2019
10:00
62
18
5013
Virtual karabakh

“Samsung” sobaları – yemək bişirmə azadlığı, təmizlənmə rahatlığı

24 Yan, 2019
10:00
5013

“Samsung” sobaları – yemək bişirmə azadlığı, təmizlənmə rahatlığı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günümüzdə xanımlar daha çox bişirmə sobalarına üstünlük verir. Belə ki, bu mətbəx avadanlığı həm istifadədə rahatdır, həm də quraşdırılmada asan. Beləliklə, bişirmə paneli mətbəxin bir tərəfində, soba isə o biri tərəfində yerləşdirilə bilir. Geniş rəng və dizayn seçimi sayəsində isə soba istənilən interyerə uyğunlaşır.

Yeni nəsil “Samsung” sobaları,bir çox yemək hazırlama rejimi və müxtəlif funksiyalara malikdir. Yeni modellər Dual Fan adlanan iki ventilyator pəri ilə təchiz olunublar ki, bu pərlər bir birinə əks istiqamətdə fırlanaraq istini sobanın bütün sayəsinə paylayırlar və yemək bişirilməsində daha yaxşı nəticələr əldə etməyə kömək edirlər.

Adi mətbəx sobalarında  isidilmə sobanın alt hissəsində yerləşən qaz paylayıcısı ilə həyata keçirilir. Belə olduğu halda istilik soba daxilində bərabər paylanmadığı üçün yemək bişirmək daha çox zaman tələb edir, nəticə isə hər zaman istədiyimiz kimi olmaya bilirdi. Həmçinin, isinən soba mətbəxdaxili hərarəti yüksəldirdi, hətta bəzi hallarda hərarəti yüksək soba qapısı ciddi yanıqlara səbəb olurdu.

Qısa müddət ərzində isinən “Samsung” bişirmə sobaları yeməkləri daha tez bişirərək təamların dadını və faydalı xüsusiyyətlərini qoruyub saxlayır. Həmçinin, burada isti itkisi baş vermir, və bir neçə qatdan ibarət olan şüşə qapıda isə qızma halları müşahidə olunmur.

Dünyaca məşhur şirkətin sobalarının fərqləndirici cəhətlərindən biri də istədiyiniz halda sobanın yalnız üst və ya alt hissəsini qızdıraraq elektrik enerjisinə qənaət edə bilmənizdir. Bəzi modellərdə isə eyni anda iki ayrı yemək bişirmək imkanı mövcuddur, belə ki, hər iki bölmə bir birindən asılı olmayaraq qızdırıla bilir.

Bişirmə kamerasının böyük həcmi sayəsində (70 l) siz ailəniz və qonaqlarınız üçün təamları birbaşa geniş qazanlarda bişirə bilərsiniz. 

“Samsung” sobaları asan təmizlənən, yemək qalıqları və yağın yığılmasının qarşısını alan xüsusi keramik qat ilə təchiz olunublar. Həmçinin, burada bir neçə təmizlik üsulu mövcuddur ki, onlardan katalitik təmizləmə üsulunu qeyd etmək olar. Sobanın arxa divarında yerləşən xüsusi katalitik örtük yağ hissəciklərini özündə toplayaraq turşutma reaksiyası ilə neytrallaşdırır. 

“Samsung” sobaları bişirmə rahatlığını təmin edərək, vaxtınıza və büdcənizə qənaət edir. 

Samsung bişirmə sobaları haqqında əlavə məlumatı Baku Electronics, Kontakt, Maxi.az və Optimal, mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri