Fev
2019
17:00
48
89
2804
Virtual karabakh

STP-nin son iki il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir

7 Fev, 2019
17:00
2804

STP-nin son iki il ərzində əldə etdiyi nailiyyətlər uğurlu kadr siyasətinin nəticəsidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın və regionun sənaye  malları istehsal edən ən iri mərkəzlərindən biridir. Bu gün Texnoparkda 2000-ə qədər  əməkdaş fəaliyyət göstərir və bu say tələbin artması ilə  on min nəfərə qədər yüksələ bilər. Təbii ki, bu da minlərlə yeni vakansiyaların açılması deməkdir. 

Son iki il ərzində STP haqqında yalnız müsbət xarakterli xəbərlər əldə edilir. Xüsusi ilə də yeni məhsulların yaradılması, mövcud məhsulların iri həcmli layihələrə təchiz olunması, müxtəlif ölkələrə edilən uğurlu ixracat əməliyyatları kimi aktiv fəaliyyətləri misal çəkə bilərik. Təbii ki, bütün bunlar son iki ildə Texnoparkın rəhbərliyinin apardığı uğurlu kadr siyasətinin nəticəsidir.

Xüsusilə vurğulamaq lazımdır ki, Texnopark son bir il ərzində Qazaxıstan, Tacikistan, Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Danimarka, İngiltərə kimi ölkələrə müxtəlif adlarda məhsullar ixrac etməyi bacarıb. Əldə olunmuş bu nailiyyətlərdə istifadə olunan ən son texnologiyaların, keyfiyyətli xam maddələrin, nəzarət olunan xüsusi tələblərin əhəmiyyəti çox böyükdür. Amma hesab edirik ki, bu uğurun arxasında gizlənən başlıca səbəb STP-nin apardığı uğurlu kadr siyasətidir. Çünki müasir avadanlıqların çalışması üçün yüksək kvalifikasiyalı əməkdaşlar tələb olunur. 

Sumqayıt Texnologiyalar Parkı uğurlarını artırmaq məqsədilə yüksək kvalifikasiyalı əməkdaşların cəlb edilməsi üçün tələb olunan müasir çalışma mühiti yaratmağı bacarıb.  Əməkdaşları üçün yeniliklərə açıq olan şirkət, rəqabətli mühit, müxtəlif növ imtiyazlar təklif edir. İşə qəbul olunmaq istəyən bacarıqlı və təcrübəli kadrlar üçün isə bunlar seçim zamanı ən önəmli meyarlardan biridir.  

Şirkətin böyüklüyü və əməkdaşlarının sayının çox olması təlim və akkreditasiya işlərini daim davam edən prosesə çevirir. Bu baxımdan STP-də çalışmaq  işləyən  şəxslər daim üzərlərində işləməli, nəzəri və praktiki biliklərini artırmalı və iş prosesində standartların tələblərinə riayət  etməlidir. Çünki beynəlxalq şirkətlərlə çalışan Sumqayıt Texnologiyalar Parkı məhz bu standartların tələblərinə cavab verməsi ilə rəqiblərindən müsbət mənada seçilir.

Ümumiyyətlə, şirkətin fəaliyyət göstərdiyi sahələr çox spesifikdir. Sumqayıt Texnologiyalar Parkı Neft və qaz, Kənd təsərrüfatı, Energetika, İnşaat, İKT kimi sektorlara çox çeşidli məhsul və xidmət növləri təklif edir. Bütün bunlar isə ən son texnologiyalara əsaslanaraq həyata keçirilir. Zavodlar kompleksindən ibarət olan STP-nin 11 zavodunda 30-dan çox müxtəlif çeşidli istehsal sahəsi var.

Zavodlarda 500 kV-a qədər gərginlik səviyyəsi olan, alçaq, orta və yüksək gərginlikli güc kabelləri, polimer borular, PVC və alüminium profillər, alüminium kompozit və sendviç panellər, polikarbonat lövhələr, Pivot suvarma sistemləri və başqa bu kimi yüksək keyfiyyətli sənaye məhsulları istehsal olunur.

Bu məhsulları istehsal edə bilmək üçün son zamanlarda onlarla yeni vakansiyalar elan etmiş STP istər istehsal, istərsə də inzibati ofis üçün dəyərli kadrlar cəlb etməyə çalışır.  İşçilərin seçimində STP tam şəffaflığı qoruyaraq,  yalnız vakansiyaya uyğun bilik və bacarıqlı  şəxsləri işə götürür. Texnologiyalar parkındakı iş imkanları ilə şirkətin rəsmi səhifəsindəki “Karyera” bölməsi vasitəsi ilə (https://stp.az/vakansiyala) tanış ola bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri