Fev
2022
13:04
40
205
1709
Virtual karabakh

“McDonald’s Azərbaycan” gənclərin məşğulluğuna verdiyi dəstəyə görə mükafata layiq görüldü - FOTO

1 Fev, 2022
13:04
1709

“McDonald’s Azərbaycan” gənclərin məşğulluğuna verdiyi dəstəyə görə mükafata layiq görüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 27-də korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən şirkətlərin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan tədbirdə məşğulluq layihələrində fəal iştirakı ilə seçilən sosial tərəfdaşlara şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, gənclərin, qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlar, həmçinin “Məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən, bu altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan, ən aktiv özəl sosial tərəfdaşlar nominasiyaları üzrə mükafatlar təqdim edilib.

“McDonald’s Azərbaycan” şirkətinə “Gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyasında təltifnamə təqdim edilib.

Mükafatı Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov “McDonald’s Azərbaycan” şirkətinin Kadrlar şöbəsinin rəisi Anar Bayramova təqdim edib.

Ölkəmizdə ilk restoranını 1999-cu ildə açan “McDonald’s Azərbaycan” şirkətinin hazırda 20 restoranı fəaliyyət göstərir. Əksər restoranları Bakıda yerləşən şirkətin Gəncə və Sumqayıt şəhərlərində də restoranları mövcuddur. Şirkətdə hazırda 1600-dən çox insan çalışır ki, onların da təxminən 55 faizini tələbələr təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri