29 
Apr
2024
09:08
15
21
518
Virtual karabakh

Ölkəmizdə ilk dəfə İnteryer Mebel Forumu (İMF2024) keçiriləcək

29 Apr, 2024
09:08
518

Ölkəmizdə ilk dəfə İnteryer Mebel Forumu (İMF2024) keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gələcəkdən Baxış” konsept mesajı ilə keçiriləcək forum 30 May 2024-cü il Gülüstan Sarayında bir bütöv günü əhatə etməklə 600-dək iştirakçını, 200-ə yaxın şirkəti bir araya gətirməyi planlaşdırır.

“Facemark” şirkətinin təşkilatçılığı, “Mutfakçı” şirkətinin platinum sponsorluğu ilə İnteryer Mebel Forumu Azərbaycanda interyer dizaynerlər və mebel istehsalçıları üçün platforma rolunu oynayacaq. Ölkəmizdə çalışan memarlar, interyer dizaynerlər, mebel istehsalçıları, ev-dekorasiya məhsullarının satışı ilə məşğul olan sahibkarlar və bu sahədə çalışan xarici şirkətlər forumun əsas iştirakçıları olacaq.

Dünya interyer dizayn və mebel sahəsində olan qabaqcıl nümunələrin Azərbaycan bazarında tətbiqinin genişləndirilməsinə xitab edir. Forum interyer dizayn peşəsinin üst səviyyəyə gəlməsi, professional mebel istehsalının ölkəmizdə inkişaf etməsi üçün peşəkarları bir araya gətirir. İMF2024-ün əsas məqsədi dizayn sahəsində peşəkar spikerlərin çıxışı və sahə üzrə təcrübələrini müzakirə və təhlil edərək fikir mübadiləsi aparmaqdır.

Peşəkar moderator və spikerlər “İnteryerə Yeni Baxış”,  “Müasir Mebel Necə Olmalıdır?” və “Dizayn Peşəsinin Sirləri: A-dan Z-yə Hər Şey!” panelləri üzrə əsas müzakirələr aparacaqdır.

İnteryer Mebel Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (www.imforum.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

“Facebook”: https://www.facebook.com/profile.php?id=61556082195755

“Instagram”: https://www.instagram.com/imforumbaku/

“Linkedln”: https://www.linkedin.com/company/i%CC%87nteryer-mebel-forumu-i%CC%87mforum-2024

 

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri