16 
Noy
2015
14:48
27
395
10828
Virtual karabakh

İlhamə Quliyeva: Mən hələ ölməyəcəm

16 Noy, 2015
14:48
10828

İlhamə Quliyeva: Mən hələ ölməyəcəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həyatımda qəribə şeylər olur”.

Xalq artisti İlhamə Quliyeva “Ondan sonra” verilişinə açıqlama verib.

Oxu.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni anasını tez-tez yuxuda gördüyünü bildirib:

“Bütün üzüm, ayaqlarım şişdir. Daxili orqanlarımda mənfi hallar var. Köməkçim mənə çoxlu dərmanlar verib. Onun nəticəsində bu gün xəstəxanadayam. Anam üçün çox darıxıram. Ana kəlməsi eşidəndə ağlayıram. Yuxuma tez-tez gəlir. Deyir, “İlhaməni həkimə apar, nəzarətsiz qoyma”. Nə məsləhət lazımdır verir. Həyatımda qəribə şeylər olur. Yuxuda anam mənə zəng edir, danışır. Kaş ki sağ olaydı”.

İ.Quliyeva mahnılarını sağ olduğu müddətdə heç kimə oxumağa icazə verməyəcəyini söyləyib:

“Mən olmayanda mahnılarımı kim istəsə oxuya bilər. Mən hələ ölməyəcəm. Nəvəmin toyunu edəcəm. O vaxta kimi yaşayacam”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri