27 
Noy
2015
12:32
311
116
15008
Virtual karabakh

“Şöşü”: 13 yaşımda evdən qaçmışam – MÜSAHİBƏ

27 Noy, 2015
12:32
15008

“Şöşü”: 13 yaşımda evdən qaçmışam – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu haqda danışmaq...”.

Oxu.Az-ın budəfəki müsahibi cüdo üzrə iki dəfə respublika çempionu, aktyor, montajçı və nəhayət, “Bozbash Pictures”in “Şöşü”sü Ramil Babayevdir.

- İdmançı, aktyor, montajçı. Bu sıralamanı daha necə davam etdirmək olar, yoxsa kifayətdir?

- Nə qədər Allah mənə sağlam bədən verib, o qədər də davam etdirəcəyəm. Mən hər zaman insanın edə biləcəyi bütün yaxşı işləri görməyə, bacarmadığımı isə öyrənməyə çalışmışam.

Ümumiyyətlə, “mən bunu bacarmıram” kəlməsini istifadə etməyi heç kimə məsləhət görmürəm. Hər hansı bir işi kimsə bacarırsa, deməli sən də bacara bilərsən. Təbbi ki, söhbət yaxşı işlərdən gedir.

- İnsan bəzən uğursuzluqları ilə uğur qazanır. Cüdo üzrə iki dəfə respublika çempionunun yəqin ki, məğlub olduğu döyüş də olub. Onlardan hansı sizə daha pis təsir bağışlayıb?

- Uğursuzluq olmayan yerdə uğur da olmur. İnsan gərək çətinliyə düşsün ki, yaxşı günün qədrini bilsin və həmin günə şükür etsin. Hətta pis günə də şükür etmək lazımdır. Rusların belə bir deyimi var: həyatda nə baş verirsə, yaxşılığa doğru baş verir.

- Uşaq vaxtlarında valideynlərinizi itirmisiniz və sizə bibiniz baxıb. Hətta soyadını da sizə verib (red.- aktyorun əslində soyadı Hadıyevdir). Valideynlərinizi necə xatırlayırsınız, hansı səbəbdən onlar dünyadan belə vaxtsız köçüblər?

-Bu haqda danışmaq istəmirəm...

Müsahibimin yaralarını qaşımamaq üçün dərhal mövzudan uzaqlaşıram.

- Tamaşaçılar sizi “Şöşü”dən başqa obrazda görə biləcəklər?

- Bəli, biz yeni komediya serialına başlayırıq. Orada hamımızı yeni obrazda görə biləcəksiniz.

- 13 yaşında niyə evdən Kiyevə qaçmısınız?

- O zaman “AzTV”də “Günün ekranı” verilişində şəklimi göstərmişdilər: “evdən çıxıb, bir daha geri qayıtmayıb” (gülür). Amma evdən qaçmağımın səbəbini demək istəmirəm.

- Artıq illərdir ATV-nin sadiq əməkdaşına çevrilmisiniz. Özünüzü televiziyadan başqa sahədə təsəvvür edirsiniz?

- ATV kanalı mənim üçün ailədir, mən də həmin ailənin nümayəndəsiyəm. Fəxr edirəm ki, ATV kanalında çalışıram.

Özümü isə hər yerdə görürəm. Ümumiyyətlə, heç bir işdən qorxmuram.

- İctimaiyyət arasında sizi obrazsız görəndə tanıyırlar, yəni “Şöşü” olduğunuzu bilirlər? Çünki bu obraz sizi tamamilə dəyişir.

- Bəli, tanıyırlar. Bakının demək olar ki, 80%-i elə mənim dostlarımdan ibarətdir (gülür).

 Ramil Babayev qızı Ayan ilə.

- Ramil Babayevin həyat fəlsəfəsi nədən ibarətdir?

- Mənim həyat fəlsəfəm öncə ailəm, uşaqlarımın tərbiyəsi, dərsləri, sonra işim və həyatda yaşamaqdan zövq almağım, Allahın verdiyi hər günə, dəqiqəyə, saniyəyə şükür etməkdən ibarətdir.

Ramil Babayev qızı Aylin ilə.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri