28 
Noy
2015
12:10
31
127
10198
Virtual karabakh

Ermənilər “Davay do svidaniya”nı da oğurladı - VİDEO

28 Noy, 2015
12:10
10198

Ermənilər “Davay do svidaniya”nı da oğurladı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Burunlarından gəlsin”.

Erməni müğənni Manvel Paşayan Ehtiramİntiqam qardaşlarının “Davay do svidaniya” adlı meyxanasını oğurlayıb. 

Oxu.Az ANS PRESS- ə istinadla xəbər verir ki, erməni ifaçı və bir neçə müğənni hansısa bir şənlikdə azərbaycanlı qardaşlara məxsus meyxananın “Tı kto takoy, davay do svidaniya”dan başqa bütün sözlərini dəyişdirib rus, erməni və Azərbaycan dilində ifa ediblər.

Meyxananın müəllif hüquqlarına sahib olan İntiqam Rüstəmov bildirib ki, ermənilər həmişə olduğu kimi oğurluqla məşğul olurlar:

“Onların burunlarından gəlsin. Dədə-babadan oğrudurlar onlar. Onların heç musiqisi olub ki?! Torpaqları oğurladıqları kimi musiqimizidə oğurlayırlar. Başqa millətlər oxuyanda xeyir dua veririk amma ermənilər kimi oğrulara vermirik”.

İntiqam və Ehtiram qardaşlarının “Davay do svidaniya ” ifası “Youtube” internet portalında yerləşdirilən qısa müddətdə Azərbaycandan kənarda da məhşurlaşıb. Azərbaycanda toyların birində lentə alınan bu meyxananı artıq bir neçə millyon insan izləyib. 

“Ti kto takoy, davay do svidaniya” kəlməsi qısa müddətdə internet vasitəsi ilə yayılan və milyonların dilinə düşən kəlməyə çevrilib.

Meyxana müəllifləri Ehtiram və İntiqam Rüstəmovlar isə Rusiyanın birinci kanalı daxil olmaqla, bir neçə televiziya kanalının və radio studiyaların qonağı olublar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri