30 
Noy
2015
22:05
35
321
10503
Virtual karabakh

İlhamə Quliyevanın səhhəti ilə bağlı xəbər var

30 Noy, 2015
22:05
10503

İlhamə Quliyevanın səhhəti ilə bağlı xəbər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Görünür, psixotrop dərmanların təsiridir”.

Azərbaycanın xalq artisi İlhamə Quliyeva həftə sonu xəstəxanadan evə buraxılacaq.

Oxu.Az-ın məlumatına görə, xalq artistinin xalası oğlu Vüqar ANS-ə onun sağlamlığı haqqında danışıb.

O, xalq artistinin pərəstişkarlarına şad xəbər verib. Onun sözlərinə görə, İlhamə Quliyevanın vəziyyəti əladır və Allahın köməyi ilə 2-3 günə xəstəxanadan çıxacaq. 

Xatırladaq ki, İlhamə Quliyeva noyabrın 2-də Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sənətçinin səhhətində yaranan ciddi problemlərə görə, həkimə müraciət edəcəyini bir neçə gün öncə açıqlamışdı.

“Görünür, bir vaxtlar mənim köməkçimin mənə verdiyi çoxlu psixotrop dərmanların təsiridir. Problemlər indi üzə çıxmağa başlayıb”.

Xalq artisti bir müddət bundan əvvəl ürəyindən əməliyyat olunub. Bu əməliyyatdan sonra damarlarında problem yaranıb. Bununla əlaqədər olaraq, o, Türkiyədə ayağından ikinci dəfə əməliyyat masasına uzanmalı olub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri