10 
Yan
2014
18:55
58
21
3707
Virtual karabakh

Nazpəri Dostəliyeva: Münasibətlərimizi məhkəmədə aydınlaşdıracağıq

10 Yan, 2014
18:55
3707

Nazpəri Dostəliyeva: Münasibətlərimizi məhkəmədə aydınlaşdıracağıq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İlhamə Quliyeva çox böyük səhvə yol verib”.

Xalq artistləri İlhamə Quliyeva Nazpəri Dostəliyeva arasında köhnə ildə yaşanan qalmaqal yeni ildə də davam edir.

Oxu.Az xəbər verir ki, ANS telekanalında yayımlanan “Bazar səhəri” proqramında qonaq olan N.Dostəliyeva qəti şəkildə barışığın olmayacağını qeyd edib:

“İlhamə Quliyeva çox böyük səhvə yol verib. O, hələ birinci dəfə mənim ünvanıma nalayiq söz işlədəndə, onu bağışladım. Düşündüm ki, yaşda məndən böyükdür. Ancaq sonra o hər yerdə danışmağa başladı ki, guya onun ayaqlarına qapanıb ondan üzr üstəmişəm. Belə bir şey qətiyyən olmayıb. O, məni təhqir edib! Daha sonra isə verilişlərdən birində məni “Şərq pərisi” adlandırıb. Mən bu titulla fəxr etmirəm və belə bir ada ehtiyacım yoxdur.

Yaxşı ifaçı olmaq azdır, gərək yaxşı insan olmağı da bacarasan! O, məni çoxmilyonlu auditoriya qarşısında təhqir edib, amma tərbiyəm yol vermir ki, mən də belə ifadələri onun ünvanına səsləndirim. Münasibətlərimizi məhkəmədə aydınlaşdıracağıq”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri