21 
Yan
2016
15:45
23
143
13925
Virtual karabakh

Əməkdar artist həbs edilən oğlundan danışdı – VİDEO

21 Yan, 2016
15:45
13925

Əməkdar artist həbs edilən oğlundan danışdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oğlumun başqa yollara düşməyini qəbul edə bilmərəm”.

Əməkdar artisti Rəhman Rəhmanov həbs edilən oğlu Emil Rəhmanovdan imtina etməsi xəbərinə aydınlıq gətirib.

Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, aktyor övladı barədə bu sözləri deyib:

“Mən oğluma dəfələrlə tapşırdım ki, bu yoldan əl çəksin. Amma mənim sözümə qulaq asmadı. Öz bildiyini etdi. Oğlumun həbs olunmağını, başqa yollara düşməyini qəbul edə bilmərəm. Bu əməllərinə görə onunla danışmırdım. Həbsindən sonra onu oğulluqdan çıxartdım. Açığı, ondan tam imtina etməmişəm. Nə zaman düzələr, düz yola gələr, o zaman da mənim oğlum olaraq qalacaq”.

Əməkdar artist Emilin yeni doğulmuş övladından da danışıb:

“Onun oğlu oktyabrda dünyaya göz açmışdı. Elə bir əlim də onların üstündə idi. Çox heyf ki, oğlum bu yolu seçdi”.

Onu da əlavə edək ki,  E.Rəhmanov 2014-ci ilin aprelində ailə qurub.

Qeyd edək ki, aktyorun oğlu E.Rəhmanov 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək 6 il azadlıqdan məhrum edilmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri