Fev
2016
15:03
27
79
13985
Virtual karabakh

Aygündən Eltona: Olmaya sən Elton Consan? – VİDEO

9 Fev, 2016
15:03
13985

Aygündən Eltona: Olmaya sən Elton Consan? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!”.

Xalq artisti Aygün Kazımova müğənni Elton Hüseynəliyevin verilişdəki davranışlarına əsəbiləşərək ona  şeir həsr edib.

Oxu.Az xəbər verir ki, o, E.Hüseynəliyevin “ATV Maqazin 10larla” verilişinin “Həftənin hit mahnısı” rubrikasında Eltonun tez-tez xalq artisti Flora Kərimovanın sözünü kəsməsinə sosial şəbəkədə münasibət bildirib:

“Bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!”. 

A.Kazımova daha sonra E.Hüseynəliyevə həsr etdiyi şeirini paylaşıb:

Sən Eltonsan, 
Sən ton tonsan. 
Mən bilmirəm 
Sən nə ...san. 
Utanmırsan?
Kişi olan vücudundan,
O boyundan, 
Buxunundan?
Sən sevilən Sənətkara, 
Əfsanəvi sənətkarın 
Yanındaca 
Rəy bildirib, 
Donquldanıb, 
Tullanırsan. 
Şıllaq atıb 
Hoppanırsan. 
Söz atırsan. 
Axı niyə? 
Axı kimə? 
Zərif, incə xanımlara 
Qısqanırsan, 
Olmaya sən 
Elton Consan???

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri