10 
Fev
2016
12:25
53
38
5404
Virtual karabakh

Merilin Monronun naməlum şəkilləri hərraca çıxarıldı – FOTO

10 Fev, 2016
12:25
5404

Merilin Monronun naməlum şəkilləri hərraca çıxarıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Monro öz həyatında onlara “xüsusi çıxış” vermişdi.

Hollivud aktrisası Merilin Monronun naməlum fotolar kolleksiyası Dallasda hərracda satılacaq.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, şəkillər aktrisanın pərəstişkarı Ceyms Kollinz tərəfindən 1950-ci ildə çəkilib. Kolleksiya 183 fotodan ibarətdir.

Kollinz “Monroe Six” fanat qrupunun tərkibinə daxil idi. Bu qrupun iştirakçıları daima aktirsanı izləyirdilər. Monro onların adlarını bilirdi və onlara öz həyatında “xüsusi çıxış” vermişdi.

“Biz onun fotolarını çəkmək və avtoqraf almaqdan başqa heç nə istəmirdik”, -deyə Kollinz bildirib.

İndi onun 78 yaşı var. O, şəkilləri hərracda satmaq istəyir. Kolleksiyanın dəyərinin 17 min funt sterlinq olacağı gözlənilir (25 min dollar).

Kollinzin sözlərinə görə, bu şəkillərdə Monro iki obrazda təqdim edilir. Gündüzlər o, “mehriban qız”, axşamlar isə “kino ulduzu” olurdu.

Şəkillərin satışı ilə Heritage Auctions məşğul olur. Satışlar fevralın 20-nə nəzərdə tutulub.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri