10 
Fev
2016
18:14
78
275
13214
Virtual karabakh

Nadir Qafarzadə: Fahişələrə də “sənətkardır” deyirlər

10 Fev, 2016
18:14
13214

Nadir Qafarzadə: Fahişələrə də “sənətkardır” deyirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda bir sənətkar varsa, o da Üzeyirdi”.

Müğənni Nadir Qafarzadə prodüser Tolikin (Tarix Əliyev) İnstaqramda xalq artisti Flora Kərimovanın əməkdar artist Röya ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, Qafarzadə fikrini aşağıdakı şərhlə bildirib:

“Didin, parçalayın bir-birinizi. Bu millət nə vaxt düzələcək? Allah, bizə ağıl ver, özümüz-özümüzə düşmən kəsilmişik. Ona görə də bizi bir millət kimi heç kim qəbul etmir. Çünki... Çünkilər çoxdur, hansını deyim?

Bizə başqa düşmən lazım deyil. İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələrə də “yaxşı sənətkardır” deyirlər. Onlar da sənətlə məşğuldurlar? Özünüzü yormayın, Azərbaycanda bir sənətkar varsa, o da Üzeyirdi. Bitdi... Ən çox dinlənilən, baxılan, bir nömrə Üzeyir.

Xalq və əməkdar artist adları əməyə və sənətkarlığa görə verilmir. Kimin day-dayısı, tapşıranı var, ona verirlər. 70 faizi belə alıb. Adi tamaşaçı bilməsə də, biz bilirik. Röya isə buna layiqdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri