11 
Fev
2016
17:09
36
42
5320
Virtual karabakh

Rəmişin oğurluqda günahlandırdığı dostu danışdı

11 Fev, 2016
17:09
5320

Rəmişin oğurluqda günahlandırdığı dostu danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim üzümə necə baxacaq?”.

Xalq artisti Rəmişin 9 illik dostunun onun qızıllarını oğurlaması barədə xəbər vermişdik.

Oxu.Az xəbər verir ki, Rüfət Hüseynov adlı həmin şəxs “Bizimləsən” verilişinə gəlib.

O, qızılları onun deyil, İranda olan ərəfədə evinə girən oğrular tərəfindən oğurlandığını deyib:

“9 ildə bütün bayramlarda Rəmiş müəllim bizim evdə olub. Mənim üzümə necə baxacaq? Bütün Lənkəran bilir ki, evimə oğru girib.

Rəmiş müəllim İrana gedirdi. Mənə 8 ədəd gümüş üzük, 9 ədəd 1 dollar, bir dənə 2 dollar verdi.

Mənim isə oğlum doğulacaqdı, İrana getdik. Qayıdanda gördüm ki, evimə oğru girib. Polis çağırdıq, evimdən 200 manatlıq əşya oğurlanmışdı.

Gülü evimizdə 3 gün qaldı. Bir kəlmə demədi ki, 4 minimi ver. İndi çıxıb hər yerdə belə danışır.

Oğrular isə polislər tərəfindən tutulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri