11 
Fev
2016
22:14
34
111
12460
Virtual karabakh

Nataliya Oreyro əri ilə gərgin münasibətlərindən danışdı - FOTO

11 Fev, 2016
22:14
12460

Nataliya Oreyro əri ilə gərgin münasibətlərindən danışdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uruqvaylı aktrisa və müğənni etiraf etdi.

Nataliya Oreyro əri ilə münasibətlərindən səmimi etiraflar edərək özünün haqsız olduğu məqamlara aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, “Vəhşi mələk” serialından sonra böyük şöhrət qazanan uruqvaylı aktrisa və müğənni ailəsinin bir müddət öncə hər şeyi bərbad edəcək böhranla üzləşdiyindən danışıb.

Cütlüyün münasibətlərində Nataliya və Rikardo Mollonu birləşdirən qığılcım yox idi. Oreyro bu qığılcımı kənarda axtarmağa başlayıb.

KİV-də Oreyronun aktyor Benhamin Vikunya ilə eşq macərası yaşadığı barədə xəbərlər yayılırdı. Aktrisanın bunu inkar etməsinə baxmayaraq, icmalçılar kənarda yaşanan macəradan əmin idilər.

Bunula yanaşı 38 yaşlı Nataliya və 58 yaşlı Rikardo ailədə yaşanan gərginliklərin öhdəsindən gəlməyi bacarıb və Oreyro indi bu ailənni yüksəliş yaşadığını etiraf edib. Ulduz əri ilə xoşbəxt olduğunu, aralarında baş verən problemlərin öhdəsindən gəldiklərini bildirib.

Xatırladaq ki, Nataliya və Rikardo 2001-ci ildə tanış olublar, 2002-ci ildə isə toy ediblər. Cütlük adsız barmaqlarında tatu etdirərək, bir-birinə əbədi məhəbbət sözü verib.

Nataliyanın sözlərinə görə, Rikardo onu dərin depressiyadan çıxararaq, yaşadığı  hər günə sevinməyi öyrədib.

 İndi cütlük 4 yaşındakı oğullarının tərbiyəsi ilə məşğuldur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri