11 
Fev
2016
18:30
125
196
18044
Virtual karabakh

Safura Əliyeva biznes-ledi oldu – FOTO

11 Fev, 2016
18:30
18044

Safura Əliyeva biznes-ledi oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İş adamı Fərhad Əliyevə ərə gedən “Eurovision-2010” ulduzu səhnədən gedib.

Azərbaycanın beynəlxalq mahnı müsabiqəsi “Eurovision-2010” təmsilçisi Safura Əliyeva İstanbulda orqanik gözəllik salonu açıb.

Oxu.Az www.1news.az -a istinadla xəbər verir ki, Safura 2013-cü ilin yayında ailə qurub. İş adamı Fərhad Əliyevə ərə gedən “Eurovision-2010” ulduzu səhnədən gedib.

O, həyat yoldaşı ilə İstanbula köçüb, gənc ailənin İsgəndər adlı oğlu var.

Xatırladaq ki, bu yaxınlarda Safura Əliyeva İstanbulda bədii qalereya açıb və öz adının ilk hərfini verərək həmin qalereyanı “S” adlandırıb.

Bu günlərdə isə  İstanbulda “S Organic Beauty” adlı orqanik gözəllik salonu açıb.

“Bu İstanbulda ilk orqanik gözəllik salonudur. Bütün məhsullar İsveçdən gətirilir və təbiidir. Qadınlara lazım olan bütük gözəllik xidmətləri burada var.

Salonda SPA-prosedurlar daxil olmaqla arıqlamaq üçün xüsusi otaqlar, sağlamlaşdırıcı masajlar və s. xidmətlər təklif edilir”, - deyə S.Əliyeva deyib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri