25 
Fev
2016
17:45
411
243
76924
Virtual karabakh

İlhamə Quliyevanın ölümünün ilkin səbəbi açıqlanıb – RƏSMİ + YENİLƏNİB

25 Fev, 2016
17:45
76924

İlhamə Quliyevanın ölümünün ilkin səbəbi açıqlanıb – RƏSMİ + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artistinin nəşi ailəsinə təhvil verilib.

Xalq artisti İlhamə Quliyevanın ölümünün ilkin səbəbi açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, xalq artistinin meyitinin ilkin müayinəsi zamanı müəyyən edilib ki, onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub.

17:01

Xalq artisti İlhamə Quliyevanın nəşi üzərində aparılan ekspertizanın nəticələri məlum olub.

Oxu.Az xəbər verir ki, “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ekspertizanın ilkin nəticələrinə əsasən, xalq artisti trombdan (qan damarının tutulması) ölüb.

İ.Quliyevanın nəşi ailəsinə təhvil verilib. Meyit yuyulmaq üçün məscidə aparılır.

15:28

Xalq artisti İlhamə Quliyevanın cənazəsi evindən götürülərək Respublika Xəstəxanasına tibbi ekspertizaya aparılıb. 

Oxu.Az xəbər verir ki, İ.Quliyeva bu gün səhər saatlarında 73 yaşında ürək çatışmazlığından evində dünyasını dəyişib.

FOTO: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri