26 
Fev
2016
15:15
138
428
53910
Virtual karabakh

İlhamə Quliyeva dəfn olundu – YENİLƏNİB + FOTO

26 Fev, 2016
15:15
53910

İlhamə Quliyeva dəfn olundu – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, vəsiyyət etdiyi kimi anasının yanında basdırılıb.

Xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi başa çatıb. 

Oxu.Az xəbər verir ki, mərhumun nəşi II Fəxri Xiyabana yola salınıb. İ.Quliyeva vəsiyyət etdiyi kimi anası, xalq artisti Tükəzban İsmayılovanın yanında dəfn olunub. 

Dəfn mərasimində sənətkarın ailə üzvləri, yaxınları, bəstəkar, millət vəkili Novruz Aslan, aparıcı Cavid Gül, müğənnilər Ayaz Qasımov, Yaşar Yusub, Vasif Məhərrəmli, Ülvi Qılınc, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, media nümayəndələri və digərləri  iştirak edib.

14:34

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, millət vəkili, xalq artisti Zeynəb Xanlarova, millət vəkili Elmira Axundova, xalq artistləri Yalçın Rzazadə, Canəli Əkbərov, Aftandil İsrafilov, Zülfiyyə Xanbabayeva, Niyaməddin Musayev və digər şəxslər iştirak edib.

Vida mərasimində İlhamə Quliyevanın mahnıları səsləndirilib.

Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev İlhamə Quliyevanın həyat və yaradıcılığı haqında məlumat verib.

Xalq artistləri Yalçın Rzazadə, Natəvan Şeyxova, Canəli Əkbərov, bəstəkar Faiq Sücəddinov da vida mərasimində çıxış ediblər.  

Çıxışlardan sonra vida mərasimi başa çatıb, mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana yola salınıb.

Qeyd edək ki, İlhamə Quliyeva dünən səhər saatlarında evində dünyasını dəyişib. Xalq artistinin meyitinin ilkin müayinəsi zamanı müəyyən edilib ki, onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub.

12:34

Dünən vəfat edən xalq artisti İlhamə Quliyevayla vida mərasimi hazırda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir.

Oxu.Az xəbər verir ki, artıq müğənninin sənət dostları, yaxınları, tanışları Mahnı Teatrına axışır. Saat 12:00-da vida mərasimi başlayıb.

Xalq artitsi II Fəxri xiyabanda dəfn olunacaq.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri