30 
Mar
2016
14:22
48
273
38331
Virtual karabakh

İlhamə Quliyevanın sərvəti açıqlandı

30 Mar, 2016
14:22
38331

İlhamə Quliyevanın sərvəti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“4 ev, 2 bağ, “İnfiniti”, “Limuzin” və...”

Fevralın 25-də yaşadığı mənzildə qəflətən dünyasını dəyişən xalq artisti İlhamə Quliyevanın 40 mərasiminə bir neçə gün qalıb. 

Oxu.Az xəbər verir ki, aprelin 4-də baş tutacaq 40 mərasimindən öncə mərhumənin vəkili Elmira Məmmədova Lent.az-a müsahibə verib. 

- Konkret olaraq İlhamə Quliyevanın hansı qohumları miras davası edir?
 
- Əsas iki bacısı, dayısı oğlu və Əli Mirəliyev. İnana bilmirəm ki, İlhamə xanım vərəsəlik qoymayıb. Məncə, vərəsəlik yazıb. Çünki İlhamə xanım ölən gün mən onlara getdim, gördüm ki, qohumları evdə sənəd axtarırlar. Hətta həmin gün Orxanı kənara çəkib dedim ki, bunlar kimdi? Orxanın doğma bacısı da yanımda idi. Ondan da soruşdum. Mənə elə gəlir ki, İlhamə Quliyevanın qohumları vərəsəlik kağızını tapıb, yox etmək istəyirdilər.
 
- İlhamə Quliyevanın mirası nələrdir? 

- İki bağı var. Biri Mərdəkanda dövlət tərəfindən verilmiş, digəri isə Buzovna yolunun üstündə. 50 sot sənədli torpağı olub. Bakının mərkəzində 4 evi var. Onlardan biri vaxtı ilə Tükəzban xanımın İzmir küçəsində yaşadığı evdir. Nəvəsinə də ev almışdı. Hətta ölməmişdən qabaq mənə evlərin açarını göstərdi. Dedi ki, nəvəm Ruslana 2 otaqlı ev almışam. Ad günündə özünə təqdim edəcəm. Bundan başqa, onun 2 maşını var. Biri “İnfiniti” digəri isə “Luimizin”. Çox sayda da qızıl-zinət əşyaları var.

- Orxana vərəsəlik verməyib?

- Hər zaman mənə deyirdi ki, nəyim varsa, oğlumla nəvəmindir. Bir dəfə də olsun bacılarının və ya digər qohumlarının adını çəkmədi.
 
- Bir çoxları iddia edir ki, Orxan Nadirov qanunla İlhamə Quliyevanın oğlu sayılmır.

- Orxan İlhamə Quliyevanın oğlu deyilsə, bəs hamı niyə ona başsağlığı verir? Bəs niyə bütün mətbuat onu İlhamə Quliyevanın oğlu kimi təqdim edir? Orxan İlhamə Quliyevanın oğludur. Miras da ona qalmalıdır. Bəziləri çıxıb deyir ki, İlhamə xanım Orxanı çox istəmirdi. İstəmirdisə, bəs niyə iki dəfə toy edirdi? Biri də çıxdı dedi ki, miras əsgərlərə və ya kimsəsizlərə qalsın. Bu, düzgün deyil.

- İlhamə Quliyevanın mirası qohumları arasında bölüşdürülə bilərmi?

- Bəli, ehtimal var ki, İlhamə xanımın mirası qohumlar arasında da bölüşdürülə bilər. Amma biz görmüşük ki, valideyn ölər, miras övlada qalar. Bu işlə vəkil Habil Vəliyev məşğul olur.
 
- İlhamə Quliyevanın mirası nə qədər dəyərləndirilə bilər?

- 2 milyon olar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri