20 
Apr
2016
22:02
450
41
7179
Virtual karabakh

Lindsi Lohan islamı qəbul etmək barədə düşünür - FOTO

20 Apr, 2016
22:02
7179

Lindsi Lohan islamı qəbul etmək barədə düşünür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mənim çox zəngin daxili aləmim var”.

Aktrisa Lindsi Lohan islamı öyrəndiyini və başqa bir dinə etiqad haqqında düşündüyünü etiraf edib. 

Oxu.Az xəbər verir ki, bu barədə o, “The Sun”a verdiyi müsahibəsində bildirib. 

Lohanın sözlərinə görə, ABŞ-da Quranı əslində olduğu kimi qəbul etmirlər. 

“Mənim çox zəngin daxili aləmim var və yeni şeyləri öyrənməyə açığam”, - katolik ailədə böyüyən 29 yaşlı aktrisa bildirib. O əlavə edib ki, Quranı sonuna qədər oxumayıb, çünki buna çox vaxt tələb olunur.

Lohan qeyd edib ki, onun kiçik bacısı Eli də islamla maraqlanıb, o artıq katolisizi buddizmə dəyişib. 

“Biz hamımız inanırıq ki, hər şey sonunda yaradan və ya ustad ilə əlaqə yaratmaq cəhdinə bağlıdır”, - o deyib.

2015-ci ildə internetdə, aktirsanın əlində Quran olduğu şəkilləri yayılıb. Şəkillər şəbəkələrdə qızğın mübahisələrə səbəb oldu, Lohan onları şərh etməkdən imtina etmişdi. 

Son illərdə Lohan tez-tez qalmaqalların mərkəzində olub. O, dəfələrlə alkoqol və narkotik asılılıqdan müalicə alıb, bir neçə dəfə məhkəmə qarşısına çıxmalı olub. 

Aktrisa yol hərəkəti qaydalarını pozmaqda ittiham edilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri