16 
İyn
2016
18:13
38
81
26298
Virtual karabakh

Həbsdə olan Maral Tahirqızı: Mənə ən yüksək cəza verilib – VİDEO

16 İyn, 2016
18:13
26298

Həbsdə olan Maral Tahirqızı: Mənə ən yüksək cəza verilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Buraya gələndə ilk narahatlığım yatdığım çarpayı oldu”.

“Xəzər” telekanalında yayımlanan “Rezonans” verilişinin yaradıcı heyəti evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilən müğənni Maral Tahirqızı ilə görüşüb. 

Oxu.Az xəbər verir ki, həbsxana həyatından bəhs edən ifaçı bunları deyib:

“Buraya gələndə ilk narahatlığım yatdığım çarpayı oldu. Evdəki rahat şəraitdən gəlib, belə yerdə yatmaq çətin idi. Düşünürdüm ki, əgər böyük cinayət etsəydim, görəsən, məni hara aparardılar? Amma mənə ən yüksək cəza verilib.

Həbs olunanda məni ilk olaraq Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına apardılar. Orada hamı siqaret çəkirdi. Siqaret tüstüsü isə məni boğurdu. Sonra xahiş etdim ki, məni siqaret çəkməyənlərin yanına aparın”.

M.Tahirqızı müsahibəsində onu da bildirib ki, o, həbsxanada mahnılar yazır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri