19 
Fev
2014
13:05
29
16
24259
Virtual karabakh

Elza Seyidcahanın toy şəkilləri yayıldı – FOTO

19 Fev, 2014
13:05
24259

Elza Seyidcahanın toy şəkilləri yayıldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizim ailəni qayınanam dağıtdı”.

Əməkdar artist Elza Seyidcahan İradə İsaqın aparıcılığı ilə ATV telekanalında yayımlanan “Düz üzünə” verilişinin ilk qonağı olub.

Oxu.Az xəbər verir ki, E.Seyidcahanın keçmiş qayınanası oğlu ilə gəlininin ayrılmasından danışıb:

“Elza qızım Arzunun rəfiqəsi idi. Onun vasitəsilə tanış olub, evləniblər. İllər sonra Elza müğənniliyə meyil etdi. Oğlum dedi ki, ya sənət, ya da mən. Elza isə sənin kimi kişi taparam, amma sənəti tapmaram dedi. O vaxtlar efirə çıxana yaxşı baxmırdılar. İndi olsa, özüm aparıb onu müğənni edərdim”.

E.Seyidcahan onun söylədiyi  iddiaları qəbul etməyib:

“O vaxtlar mən oxumurdum. Allah qayınanamın canını sağ eləsin, mənə şər atır. Heç zaman ailəmi atmamışam. İndi övladlarım ataları ilə gözəl münasibətdədirlər. Uşaqlarım atasız qalmadı, mən ərsiz, tənha qaldım. Sonradan ona dedim ki, ailəni istəyirsənsə, gəl, yanımızda qal. Anan da Sumqayıtda yaşasın. Amma anası icazə vermədi. Onun qohumlarına da, qonşularına da yaxşı olmuşam. Bizim ailəni qayınanam dağıtdı”.

Maraqlı məqamlardan biri də odur ki, Elza Seyidcahan hələ də eks həyat yoldaşının soyadını (Qasımova) daşıyır.

Onun sabiq həyat yoldaşı isə Elzadan ayrılandan sonra öz dayısı qızı ilə evlənib.

E.Seyidcahanın keçmiş həyat yoldaşı ilə birlikdə toy fotolarını təqdim edirik. Fotolar axşam.az saytından götürülüb.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri