12 
Okt
2016
17:25
275
147
19263
Virtual karabakh

“Kurtlar Vadisi” yayımlanmayacaq – VİDEO

12 Okt, 2016
17:25
19263

“Kurtlar Vadisi” yayımlanmayacaq – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2003-cü ildə “Show” TV-də “Bu bir mafiya serialıdır” şüarıyla başlayan “Kurtlar Vadisi Pusu” yeni mövsümdə yayımlanmayacaq.

Oxu.Az xəbər verir ki, Beyaz TV-də yayımlanan “Söylemezsem olmaz” verilişi serialın 2012-ci ildə yayımlanan bölümünü müzakirəyə çıxarmışdı.

Ekran işinin 159-cu bölümündə qəbirdaşının üstünə “Ərdoğan” yazısının olduğu məlum olmuşdu.

Ümraniye Kocatepe Qəbiristanlığında araşdırma aparılıb. Məlum olub ki, həmin ərazidə üzərində “Ərdoğan” yazılmış məzar daşı olmayıb.

Bu gün isə həmin verilişin aparıcısı Ömür Varol yeni bir iddia ortaya atıb.

Aparıcı qeyd edib ki, “Kurtlar Vadisi Pusu” artıq efirdə yayımlanmayacaq.

“Serial çəkilməyəcək. Bu barədə ilk dəfə sizə açıqlama veririk. Dəqiq məlumatdır, yeni mövsümdə həmin layihə yayımlanmayacaq”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri